Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nəsimi RİH və nazirlik “Yaşam residence”in ağac qırğınına göz yumur – Video

 

Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir.

Yenixeber.org: Hazırda ağacların qətliamı gedən yerlərdən biri də Nəsimi rayonu, 20 Yanvar küçəsindədir. Bu barədə jurnalist İlqar Atabəyli video kadrları sosial şəbəkədə paylaşıb.

Sakinlərin jurnalistə dediyinə görə, “Yaşam residence” MTK ərazini hasarlayıb, 70 zeytun ağacı məhv edib, yerində tikinti aparır. Həmin yaşıllıq massivi hasarlanıb, ağaclar qırılması davam edir.

Amma buna görə nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə Nəsimi Rayon İcra Hakimiyyəti “Yaşam residence” MTK barəsində ölçü götürür.

Əksinə, tikinti şirkəti tərəflərlə məsələni razılaşdırdığını sakinlərə bildirir və kökündən qoparılan cavan ağacların başqa ərazidə əkiləcəyi söyləyir. Amma yaşlı ağacları basdırmaq olmur.

Nəsiminin icra başçısı Asif Əsgərov
Nəsiminin icra başçısı Asif Əsgərov

Görünür ki, şirkət həm RİH başçısı A.Əsgərovu, həm də nazirliyi “razı” salmağa müvəffəq olub. Bu da təəccüblü deyil. Çünki Nəsimi rayonunda ağacların kəsilməsi, odunluğa verilməsi adiləşib.

Məsələn, hazırda Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 30-35 il əvvəl tikilmiş kooperativ binaların həyətində  yaşıllıq sahəsini məhv edərək 15 mərtəbəli bina tikirlər.

Aprel ayının ortalarından “Yeni ev -19” tikinti şirkəti tərəfindən başlanan inşaat işləri üçün həyətdə vaxtilə sakinlər tərəfindən əkilən 50-yə yaxın çoxillik meyvə və digər ağaclar kəsilib, 149 saylı Mənzil Tikinti Kooperativinin ərazisi zəbt olunub.

Ötən il Asif Məhərrəmov küçəsində 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb olmuşdu. Çünki ərazidə qanunsuz tikinti işləri aparılırdı.

Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı.

Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar. Bu da təbiidir.

Bir canlının tələf olmasına baxmayaraq, övladını cəzalandırmayıb onu həbsxanadan kurorta göndərən məmur üçün təbiətdəki canlıların məhv olmasının heç bir əhəmiyyəti yoxdur.

Odur ki, Nəsimini darmadağın edən, hər boş gördüyü yeri, yaşıllığı satan icra başçısından ciddi şəkildə narazılıq var. Hətta sakinlər sələfi Nəsib Məhəməliyevə şükür edirlər.

Məlum olub ki, məhv edilən yaşıllığın yerində “T” şəkilli tikiləcək 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirir.

Rayonda digər “agac qətliamı” Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirilib.

Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqlayıblar.

Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildiriblər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər.Yunis/AzEuroNews.com/

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam