Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Kral” MTK Heydər Əliyev prospektində yaşıllığı hədəfə alıb – Xırdalanda-(Foto)

  Tikinti şirkətlərinin yaşıllıqlara qənim kəsilməsinin coğrafiyası Xırdalana qədər uzanıb. 
Yenixeber.org: Yerli sakinlərdən göndərilən fotolarda bu fakt öz əksini tapmaqdadır.
Xırdalanın mərkəzi Heydər Əliyev prospektində yaşıllıqlar hasara alınaraq, kəsiləcəyi günü gözləməkdədir.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tikintisinə sərəncam verildiyi deyilən “Kral” MTK yaşayış kompleksinə görə ağacları hədəfə alıb.
Sakinlərin verdiyi xəbərdə deyilir ki, sözügedən şirkət yaşıllıqları qırmaq üçün fürsət gözləyir. Mərhum Heydər Əliyev vaxtilə demişdi ki, “ağacları kəsənlər, elə bil qollarımı kəsirlər”.
“Kral” MTK isə H.Əliyevin adını daşıyan prospektdə oksigenə, təbiətə düşmən kəsilərək onları məhv edib yerində bina tikməyə hazırlaşır, Abşeron RİH da buna rəvac verməkdədir.
Hazırda ərazi hasarlanıb, mühasirədə qalan ağacların doğranması üçün məqam gözlənilir. Ancaq hələlik buna cəhd etmirlər. Görünür ki, əlverişli fürsət üçün pusquda dayanıblar.
Qeyd edək ki, son illər Nizami, Xətai, Nəsimi və digər rayonlarda yaşıllıqlara “divan tutulması” adi hal alıb.
Yaxın günlərdə Nizami rayonundakı qırhaqırdan, qarış-qarış sathasatdan reportaj təqdim edəcəyik.(AzEuroNews.com)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam