Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik tikinti şirkətinin ağacları kökündən çıxarması faktını aşkarlayıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb

Yenixeber.org: Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş 6 ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib. Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin “Grand Plaza” MMC-yə verildiyi məlum olub.
Söküntü işləri zamanı ağacların MMC tərəfindən çıxarıldığı müəyyən olunub, faktla bağlı akt və protokol tərtib edilib.
“Grand Plaza” MMC barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər müvafiq rayon məhkəməsinə və rayon Polis İdarəsinə göndərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam