Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Allah o banka da, o hakimə də insaf versin..."- GİLEY

 

Yenixeber.org: «Ac qalıram, quru çörəyə də möhtacam. Özüm də yataq xəstəsiyəm, dərmanlarımı ala bilmirəm. İki bank hər ay pensiya kartımı «silib-süpürür». Çörəkpulu da saxlamırlar, insafsızlar...». DİA.AZ bildirir ki, aclıqdan və xəstəlikdən əziyyət çəkən Tovuz sakini 65 yaşlı Səfurə İsmayılovadır. O, danışır ki, iki il əvvəl müalicəyə görə iki bankdan götürdüyü kreditləri vaxtında qaytara bilmədiyi üçün hər iki bank aylıq borcları onun pensiya kartından çəkir:

«Əvvəllər vaxtında ödəyirdim. Sonra xəstəliyim gücləndi, iynə-dərmana ehtiyacım bir az da artdı. Bu dəfə heç bir bank mənə borc vermədi, dedilər, iki krediti ödəməmiş üçüncünü verə bilməzlər. Mən də məcbur qaldım pensiyamı dərmana verməyə... Eyni vaxtda həm kreditləri, həm dərmanların xərcini ödəyə bilmədim, gecikdirmələr başlandı. Düşdüm quyunun dibinə, indi də bu yaşımda ha çabalayıram, çıxa bilmirəm. Bir köməyim yox, bir adamım yox, xəstəlikdən çürüyürəm, bir tərəfdən də müalicə oluna bilmirəm, üstəlik də aclıq...».

Səfurə xanım deyir, ondan xəbərsiz keçirilən məhkəmədə gecikdirmələrə görə cərimələr də hesablandığından yükü birə-beş artıb: «Heç olmasa, cərimələri keçəydilər, ödəməli olduğum kreditin öz məbləğindən də çoxdur, ola bilməz ki, qanunlarımızda belə bir güzəşt olmasın. Bu cərimələri mənə niyə yükləyiblər axı, imkanım olsaydı, elə borcu qaytarardım, daha cərimə nədir... Allah o banka da, o hakimə də insaf versin, heç olmasa, pensiyaçı, yataq xəstəsi olmağıma güzəşt edəydilər. Çörəyim yox, dərmanım yox, mən neyləyim?.. Mən Bakıda xəstəxanalarda canımla əlləşəndə, bunlar burda məni cərimələrlə yükləyib pensiya kartımla məşğul olublar». 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam