Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Süfrəmi boş qoyan bankları bağışlamayacam” -ŞİKAYƏT

sigorta kredit

 

Xeberinfo.com:    «4-cü aya keçib ki, maaşım əlimə çatmır. Karta köçən kimi iki bank pullarımı qəpiyinə qədər yağmalayır. Bayramqabağı hər iki bankın filial müdirləri ilə görüşdüm, xahiş etdim ki, yetimdar qadınam, heç olmasa, bayramı nəzərə alıb bunu etməsinlər, uşaqlara süfrə aça bilim. Dedilər, «çalışarıq». Bayramqabağı maaş köçəndə içimdə bir az arxayınlıq vardı ki, bayrama görə maaşıma dəyməzlər. Kartı yoxlayanda baxdım ki, yenə məndən cəld tərpəniblər – balans 0-dır».

Amaliya Səttarova dövlət idarələrindən birində xadimə işləyir. AzadlıqRadiosuna danışır ki, azyaşlı uşaqlarının təzə ili boş süfrə arxasında qarşılamasını 4 aydır ki, maaşını qəpiyinəcən maaş kartından çəkən iki banka bağışlamayacaq.

BALANS 0-DIR

2 il öncə Amaliya Səttarovanın həyat yoldaşı ağır xəstəliyə tutulanda o, xəstənin cərrahiyyə əməliyyatı üçün hər iki bankdan kreditlə pul götürüb. Ancaq əməliyyat uğursuz alınıb, həyat yoldaşını itirib, özəl xəstəxana isə imzalanmış müqavilənin şərtlərini əsas gətirərək ödənilmiş pulu qaytarmaqdan imtina edib. Amaliya xanım eyni anda iki zərbə alıb – bir tərəfdən həyat yoldaşını itirib, digər tərəfdənsə iki bankın əlində qalıb. Üstəlik də 3 azyaşlını təkbaşına böyütmək yükü…
«Böyüyü 4-cü, ortancılı 3-cü, kiçiyi 1-ci sinfə gedir. Faciə bizə qəfil üz verdi. Yoldaşımın yaxşı işi, gözəl də dolanışığımız vardı. Heç kəs sabah nə olacağını bilmir. Xəstəlik qəfil yaxaladı, 6 ayın içərisində əlimizdən aldı. İki ildir ki, 185 manat maaşla üç uşağı zorla saxlayıram. Banklar məni məhkəməyə verib, iştirakım olmadan məhkəmə keçirilib və işlədiyim yerə icra vərəqəsi göndərilib. Mənimsə heç nədən xəbərim olmayıb. Sentyabrda maaş köçəndə kartımı yoxladım, gördüm balans 0-dır. Narahat oldum, mühasibatlığa gedəndə dedilər ki, maaşı kartdan iki bank çəkir», – qadın ağlamsınaraq danışır.

Amaliya xanım deyir, hər iki bankla bağlanmış müqaviləni dönə-dönə oxuyub, heç birində ödənişin maaş kartına yönəldilməsi ilə bağlı bənd tapmayıb.

MAAŞIN 50%-DƏN ARTIĞI TUTULA BİLMƏZ

Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaşı hətta bir neçə bank da məhkəməyə versə, qanunun tələbinə uyğun olaraq, onun maaşının 50 faizindən artığı tutula bilməz:

«Amaliya xanımın iki və daha artıq banka borcu olsa da, həmin banklara ödəniş yalnız aylıq əməkhaqqının 50 faizinin banklar arasında bölünməsi yolu ilə gerçəkləşə bilər. Amaliya xanım həmin bankları məhkəməyə verə, hətta hüquqlarını pozduğu üçün həmin banklardan təzminat da tələb edə bilər».

Elə Amaliya xanım da son çıxış yolunu onu halalca maaşına həsrət qoymuş bankları məhkəməyə verməkdə görür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam