Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu rüsumların dərəcələri -azaldıldı

Bu rüsumların dərəcələri azaldıldı

 Özəl təhsil müəssisələri ilə bağlı təklif olunan rüsumların dərəcələri azaldılıb. 

Yenixeber.org:  “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında”  qanunların birinci oxunuşu zamanı təklif edilən rüsumların dərəcələri deputatlar tərəfindən narazılığa səbəb olmuşdu. Ona görə də ikinci oxunuş zamanı isə rüsumların dərəcələri bir qədər azaldılıb. 

Belə ki, "Dövlət rüsumu haqqında" qanuna edilən 31-1 maddəli dəyişikliyə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Birinci oxunuşda təklif edilən rəqəmlər isə belə idi:  akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir.

Parlamentin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli digər dövlətlərlə müqayisədə bizdə təklif edilən dərəcələrin az olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam