Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

Hesablama Palatası 6 ayda bu işləri görüb

 

 
Hesablama Palatası 6 ayda hansı işləri görüb?
Hesablama Palatası 6 ay ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.
Yenixeber.org: Palatanın mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci ilin iş planına əsasən Hesablama Palatasının Kollegiyası 34-ü audit və 1-i analitik təhlil olmaqla 35 nəzarət tədbirinin başlanılması, həmçinin 1-i müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun məxfi qaydada olmaqla 17 auditin nəticələri ilə bağlı qərar qəbul edib.

Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 18 quruma kollegiya qərarının surəti, 1 quruma isə təqdimat göndərilib.

Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 milyard manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5 faizini dövlət büdcəsinin və 2,4 faizini büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2 faizini dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9 faizini isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil edib.

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3 faizi 2016-ci ilə, 55,3 faizi 2017-ci ilə aid olmuş, 0,3 faizi 2018-ci ili və qalan 2,1 faizi isə 2011-2015-ci illəri əhatə edib.

Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə edib.

Əhatə edilmiş vəsaitin 96,1 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9 faizi isə büdcənin yerli xərcləri üzrə olub. Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin 14-ü Bakı şəhərində, 3-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və ümumilikdə 232 halda nöqsan müəyyənləşdirilib.

Təhlil göstərir ki, nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. Bu nöqsanlarla yanaşı dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Nəticələri ilə bağlı kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 milyon manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu ilə 2,2 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}