Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Hesablama Palatasına hesabları dondurmaq icazəsi verildi

hesablama-palatasiHesablama Palatasının Kollegiyası “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları”nı təsdiq edib.

Xeberinfo.com:  Kollegiya iclasında layihənin müzakirəsində bu Qaydaların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16-1 maddəsinin icrasının təmin olunması məqsədini daşıdığı qeyd edilərək Hesablama Palatası tərəfindən aparılmış maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların verilməsi prosedurlarını müəyyən etdiyi bildirilib. Eyni zamanda “Hesablama Palatası” haqqında Azərbaycan Respublikası Qanununun 16-1 maddəsi ilə təqdimat göndərilmiş qurumlar tərəfindən bu təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verməli olması, təqdimatlar əsassız icra edilmədikdə isə Hesablama Palatası sədrinin qərarı ilə həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlar verilməsinin təsbit edildiyi qeyd olunub, “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” ilə müəyyən edilmiş təqdimat formalarının layihələri müzakirə edilib.

Sonda “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” təsdiq edilib, 2015-cı il uçun Iş Planına əsasən həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesablama Palatasının təqdimatlarını əsassız icra etməyən qurumların siyahısının müəyyən edilməsi və həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə təqdimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam