Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Statistika Komitəsi də büdcə vəsaitindən düzgün istifadə etməyib

 

Azərbaycanın 2015-ci il dövlət büdcəsindən Dövlət Statistika Komitəsinə (DSK) ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Hesablama Palatası tərəfindən Komitədə həyata keçirilən nəzarət tədbiri 22,7 mln. manat məbləğində vəsaiti əhatə edib. Bu vəsaitin dövlət büdcəsindən təsdiq edilən ümumi dövlət xidmətləri xərclərində xüsusi çəkisi 0,5% təşkil edib.

 

Xeberinfo.com:  Məlumata görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Sənədə əsasən, əhatə olunan vəsaitin əsas hissəsi (90,9%-i) cari xərclərə yönəldilib, bu xərclərin tərkibində isə əməktutumlu xərclər əhatə olunan illər üzrə 28,7-35,9% səviyyəsində olub. Nəticədə, nəzarət obyektində bir sıra nöqsanlar müəyyən edilib.

Komitədə Hesablama Palatası tərəfindən keçirilən əvvəlki auditin nəticələri üzrə əməyin ödənilməsi ilə bağlı yol verilən nöqsanlar aradan qaldırılmayıb və artıq büdcə vəsaitinin icrası davam etdirilib.

Komitə tərəfindən satınalmalarla bağlı qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda riayət edilməyib. Ümumilikdə, nəzarət tədbirlərinin əhatə etdiyi dövr ərzində malların (işlərin xə xidmətlərin) satın alınmasına yönəldilən cəmi vəsaitin 99,5%-i qanunvericiliklə nəzərdə tutulan satınalma metodları tətbiq edilməklə, 0,5%-i isə satınalma prosedurları keçirilmədən icra olunub.

Belə ki, satınalma metodları tətbiq edilməklə xərclənən vəsaitin 2,5%-i kotirovka sorğusu, 9,1%-i açıq tender, 1%-i təkliflər sorğusu vasitəsilə, 87,4%-i müvafiq mərkəzi icra hakimiyyəti orqanının razılığı alınmaqla birbaşa müqavilələr əsasında icra edilib. Nəzarət tədbiri ilə Komitə tərfindən bir sıra digər nöqsanlara da yol verildiyi müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması və nöqsanlara yol verən vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün Dövlət Statistika Komitəsinə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib.

Təqdim edilən məlumatlara əsasn, Komitə tərəfindən 222,2 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, 332,7 min manat məbləğində qeyri-maddi aktivlərin uçota bərpası və debitor borcun bağlanılması təmin olunub. Eyni zamanda, nöqsanlara yol verən şəxslərlə bağlı intizam tədbirlərinin tətbiq olunduğu, 1 şöbə müdirinin aşağı vəzifəyə keçirildiyi bildirilib.

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam