Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu

"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
"Qəbələ" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan posta Sənan Qurbanov təyin edilib.
Yenixeber.org kluba istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb.

Futbolçu kimi "Qarabağ", "Dinamo", "Şəfa", "Saypa" (İran), "MKT-Araz", "Şahdağ", "Qəbələ", AZAL, ABN), MOİK və "Muğan" klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. S.Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında meydana çıxıb.

Mütəxəssis futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək "Qəbələ"nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov "qırmızı-qaralar"ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda "Qəbələ" 1 qələbə qazanıb, 2 heç-heçə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam