Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qəbələ” 2 futbolçu barədə qərar verdi

 

Antalyadan təlim-məşq toplanışından qayıdan “Qəbələ” bütün diqqətini heyətinin gücləndirilməsinə yönəldib.

 

Xeberinfo.com:   Klubdan verilən məlumata görə, Türkiyədə komanda ilə birgə hazırlıq keçmiş yeni futbolçulardan ikisinin taleyinə aydınlıq gəlib.

 

İlk iki dövrəni “Kəpəz”də keçirmiş Rəşad Eyyubov Antalya toplanışında baş məşqçi Roman Qriqorçukun inamını qazana bilib. Sabah hücumameyilli yarımmüdafiəçi ilə münasibətlər rəsmiləşdiriləcək. “Qəbələ” rəhbərliyi Eyyubovla 2 illik sözləşməyə qol çəkəcək.

 

Qriqorçuk Antalya toplanışında iştirak etmiş Azərbaycan yığmasının üzvü Pavel Paşayevin də Bakıya gəlməsini istəyib. Bu isə o deməkdi ki, ukraynalı çalışdırıcı 28 yaşlı müdafiəçini də komandasına götürməyə qərar verib. Paşayevlə də münasibətlərin sabah rəsmiləşdiriləcəyi gözlənilir.

 

Baxışda olmuş digər futbolçu Emerson Brito dos Santosla bağlı qərar isə hələ verilməyib. “Qəbələ”nin Türkiyədəki toplanışı zamanı cəmi 1 məşqdə iştirak edən hücumçu bu günlərdə Azərbaycana gələcək. Qriqorçuk onu daha bir neçə məşq prosesində sınaqdan keçirmək niyyətindədi. “Sambaçı” təcrübəli çalışdırıcının diqqətini cəlb edə bilsə, onunla da münasibətlər rəsmiləşdiriləcək. Emerson azad agent statusu daşıdığından, “qırmızı-qaralar” 25 yaşlı forvardın transferinin gecikməsindən narahat deyillər.

 

Qeyd edək ki, qış transfer dövründə baş məşqçi Roman Qriqorçuk və braziliyalı müdafiəçi Rafael Santosla yeni müqavilə bağlayan “Qəbələ” klubu Fakundo Pereyra, Derlis Meza Kolli, Vüqar Nadirov, Vaqif Cavadov və George Floresku ilə yolları ayırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam