Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

Üç idmançımız mübarizəni dayandırdı, Əliyev yarımfinalda

 

"Xeberinfo.com":  Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gələcək.

 

12:22

 

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov 1/8 final mərhələsində Türkiyə güləşçisi, dünya və üçqat Avropa çempionu, Bakı 2015 birinci Avropa Oyunlarının elçisi Taha Akgüllə qarşılaşıb.
 
Trend-in məlumatına görə, C.Məhəmmədov adlı-sanlı rəqibi ilə görüşdə layiqli mübarizə aparmasına baxmayaraq, sonda 2:5 hesabı ilə məğlub olub.
 
1/4 finalda mübarizə aparan Nurməhəmməd Hacıyev (86 kq) Abdulrəşid Sadullayevə (Rusiya) 1:11 hesabı ilə uduzub.

 

1/8 finalda -70 kq-da çıxış edən təmsilçimiz Ruslan Dibirhacıyev Polşa idmançısı Maqomedmurad Hacıyevlə qarşılaşıb. İdmançımız ilk görüşdəcə məğlub olub - 2:7.

 

11:51

 

125 kq-da 1/8 final mərhələsində təmsilçimiz Cəmaləddin Məhəmmədov Türkiyə idmançısı dünya və Avropa çempionu Taha Akgüllə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 5:2 hesabla görüşü qalib başa vurub.

 

11:23

 

1/8 finalda 76 kq-da mübarizə aparan idmançımız Nurməhəmməd Hacıyev də ilk görüşdən üzüağ çıxıb. O, bolqarıstanlı rəqibi Georgi Sredkova 14:2 hesabıyla qalib gəlib. 1/4 finalda Nurməhəmməd Hacıyev Rusiya idmançısı Abdulraşid Sadullayevlə qarşılaşacaq.
 

11:08

 

Avropa və dünya çempionumuz Hacı Əliyev ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Hacı Əliyevin 1/4 finaldakı rəqibi slovakiya idmançısçısı Mikola Bolotnyuk olacaq.

 
 
10:37

 

1/16 finalda sərbəst güləşçimiz Cəmaləddin Məhəmmədov italiyalı rəqibi Jonas Rudaviciusi 10:0 hesablı tam qələbəylə məğlub edib. 1/8 finalda Cəmaləddin Məhəmmədovun rəqibi Türkiyə təmsilçisi Taha Akgül olacaq.

 

09:55

 

Bu gün Bakı-2015-də sərbəst güləş yarışlarının son görüşləri baş tutacaq.  

 

Publika.az xəbər verir ki, 4 çəki dərəcəsində güləşçilərimiz mübarizə aparacaq.

61 kq çəki dərəcəsində təmsilçimiz Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşəcək. Qarşılaşma saat 10:49-da başlayacaq.  

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev 1/8 finalda bolqar Miroslav Kirovla polşalı Maqomedmurad Hacıyevin qalibi ilə görüşəcək.   

86 kq çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.

Qarşılaşma saat 10:56-da başlayacaq.  

125 kq çəki dərəcəsində Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusla keçirəcək. Qarşılaşma saat 10:21-də başlayacaq. 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?