Yaşar 1/4 finalda erməniylə üz-üzə - CANLI YAYIM
"Xeberinfo.com": 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Toğrul Əsgərov 1/8 finalda moldovalı Mihail Sava ilə qarşılaşıb. Toğrul ilk hissədə 5:0 önə keçməyi bacarıb. Elə növbəti hissədə də bu əzmkarlığını qoruyaraq aradakı xal fərqini daha da artırıb - 8:0. Sonda görüş 10:0 hesablı tam qələbəylə başa çatıb.
11:18
10:43
97 kq-da çıxış edən idmançımız Xetaq Qazyumov 1/16 finalda Polşa təmsilçisi Radoslav Barana qalib gəlib. Güləşçimiz görüşü 0:10 hesabıyla qalib bitirib və növbəti mərhələyə yüksəlib..
10:31
09:58
İlk Avropa Oyunlarında kişilərin sərbəst üsulla güləş yarışları başlayır.
Publika.az xəbər verir ki, bu gün daha dörd idmançımız çükafatlar uğrunda mübarizə aparacaq.
Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.
Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.
57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (FRA)
65 kq
1/16 final - İlyas Bekbulatov (RUS) - Toğrul Əsgərov
74 kq
1/8 final - Mihaly Nagy (HUN) - Cəbrayıl Həsənov
97 kq
1/16 final - Radoslav Baran (POL) - Xetaq Qazyumov