Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Milli Məclisin önündə aksiya keçirilir

 

Bu dəqiqələrdə  Daxili  İşlər Nazirliyinin nəzdində olduğu  bildirilən, "Qala" Beynəlxalq Təhlükəsizlik Xidməti"in əməkdaşları Bakıda aksiya keçirirlər.
"Xeberinfo.com":  Məlumata görə, yürüş iştirakçıları Daxili İşlər Naziriliyinin qarşısına gəliblər. Burada onları qarşılayan polis əməkdaşları etirazçılarla danışıqlar aparıblar. 
Görünən odur ki, danışıqlar yaxşı nəticə verməyib. Çünki etirazçılar Milli Məclisin binası önünə doğru hərəkət ediblər. Aksiyanın səbəbi "Qala" şirkətinin uzun müddətdir ki, işçilərə maaş verməməsidir.
Şikayətçi işçilər deyirlər ki, artıq bir neçə aydır ki, maaşlarını ala bilmirlər: "Azı 3-4 aydır ki, maaş ala bilmirik. Heç bir şikayətimizə cavab vermirlər. Maaşlarımızın veriləcəyi vaxtı da demirlər. Biz də məcbur qalıb, səsimizi bu formada eşitdirməyə çalışırıq". 
Son məlumatlara görə, etirazçılar Milli Məclisin önünə toplaşaraq, aksiya keçirirlər
müsavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam