Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Növbəti maaş etirazı

 

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat» şirkətinin əməkdaşları növbəti dəfə etiraz aksiyası keçirmək məqsədilə baş ofisin qarşısına toplaşıblar. Aksiyadan xəbər tutan Binəqədi rayon Polis Bölməsinin əməkdaşları yürüşə başlamaq hazırlığında olan fəhlələrə mane olublar. Hazırda Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları “Azərinşaat” şirkətinin binasındadırlar.

Xeberinfo.com:   Məlumata görə, bu haqda məlumatı Cebhe.info-ya “Azərinşaat” şirkətinin işçilərindən biri Seymur Ələsgərov verib. O, qeyd edib ki, “Azərinşaat” ın texniki departamentinin direktoru Hacı Rəcəb Heydərov fəhlələrin əmək haqlarının dünən veriləcəyinə dair söz versə də, vədinə əməl etməyib. Bu səbəbdən fəhlələr yenidən etiraz aksiyasına başlayıblar.  120 nəfərdən ibarət aksiya iştirakçıları “Azərinşaat”şirkətinin baş ofisi qarşısından, yəni “Dərnəgül” Ticarət Mərkəzinin yanından başlayaraq, “Azəryolservis”ə, oradan isə Prezident Aparatına doğru yürüş etməyi nəzərdə tutmuşdular.  Qeyd edək ki, şirkətin rəhbəri Məhəmməd Əli Alkan Türkiyə vətəndaşıdır və hazırda Azərbaycanda deyil. Şirkətin 1500 əməkdaşının 4 aydır maaş almadığı bildirilir. Şirkət işçiləri 5 gün əvvəl də əmək haqlarının verilməməsinə etiraz olaraq keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam