Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir

 

Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq bu gün Milli Məclisin qarşısında aksiya keçirirlər

"Xeberinfo.com":  Məlumata görə, aksiya iştirakçıları sığorta pulunun ödənilməsini tələb edirlər. 
Hələlik aksiya iştirakçılarını heç kim qəbul etməyib. Etirazçılar isə problemləri həll olunanadək aksiyalar keçirməkdə israrlı olduqlarını deyirlər.
Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri aksiyalara hazırlıq məqsədilə imza toplayıblar. Sənədə 200 nəfərədək əlil və şəhid ailəsi imza atıb.
Qeyd edək ki, 13500 şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər.
I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Hazırda 11 min əlil var.
Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıblar. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.
2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları da var.
Konstitusiya Məhkəməsi isə 2014-cü il yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə çıxarıb. Həmin sənədə əsasən Milli Məclis məsələ ilə bağlı müvafiq qərar verməli idi.(virtualaz.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam