Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Restoran sahibi özünü öldürmək istədi- VİDEOLAR

 

O, külli miqadarda vəsait xərclədiyi iaşə obyektinin sökülməsinə etirazını bu yolla bildirib

Xeberinfo.com:  Məlumata görə, Binəqədi rayonu, 9-cı mikrorayonda restoran sahibi intihara cəhd edib. 

Bu gün saat 09:45 radələrində 50-55 yaşlarında şəxs çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə çox sayda insan toplaşıb. İntihar cəhdinin qarşısını almaq üçün FHN və DİN əməkdaşları əraziyə cəlb olunub. 

Musavat.com-a daxil olan məlumata görə, intihara cəhd edən İlqar Məmmədov adlı şəxs “Zeytun bağı" restoranın sahibi olub. 

İntiharın səbəbi restoranın sökülməsi olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.

Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib. Lent.az-ın məlumatına görə sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “Mənim 500 yüz minimi qaytarın” - deyə tələb səsləndirib.

Son məlumata görə, hadisə yerinə bir neçə təcili tibbi yardım maşını və FHN-nin xilasediciləri gəlib. Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İbrahimov da olay yerinə gəlib. 

Başçı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm”, deyib. X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs binanın damından düşüb. Baş verənlərdən sonra sahibkarın sağlıq durumunda ciddi problemlər yaranıb. 

Onun yaxınlarından biri “Yeni Müsavat”a deyib ki, İlqar Məmmədova həkimlər yardım göstərib: “Şəkəri qalxıb, özünü çox pis hiss edir. Səhər gələnlər onu həddən ziyadə əsəbiləşdirmişdilər. Xaləddin müəllim gəlib dama çıxmasaydı, İlqar müəllim özünü atacaqdı. Bezib. Gələnlər özlərini təqdim etmirlər. Deyirlər, binanı sök. Bura xeyli pul qoyulub, necə yəni sök? Sökdürürsənsə, pulunu ver”.

İcra başçısı sahibkarı fikrindən daşındıra bilib. Sahibkar intihara cəhddən əl çəkib və FHN əməkdaşları tərəfindən binadan endirilib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam