Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Daha bir kişi özünü “intihar körpüsü”ndən atmaq istədi

 

Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

  "Xeberinfo.com": Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və polis gəlib.

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb və körpüdən endirilib.

İntihara cəhd edən şəxsin 1986-cı il təvəllüdlü Abbasov İlkin Eldar oğlu olduğu müəyyənləşib. Onun intihara cəhdinin səbəbi barədə hələlik məlumat yoxdur.

İ.Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparılıb (APA).

Yada salaq ki, artıq “intihar körpüsü”nə dönən bu körpüdən buna qədər də özünü atmaqla hədələyənlər olub. Sonuncu belə hadisə təxminən 20 gün əvvəl baş verib. Həmin şəxs də xilas edilib.

Borca düşənlər, təzə maşın almağa pul tapmayanlar, arvadı və ya qonşusu ilə savaşıb depressiyaya düşənlər, istədiyi qızdan rədd cavabı alanlar, sayılmayıb qonşu-qohum toyuna çağırılmayanlar, ya içkini, ya da yatıb yuxusunu qarışdıranlar, bir sözlə, ən müxtəlif ağıl-kamal sahibləri o dəqiqə bu körpünü yada salıb intihar üçün ora gəlir. Amma bu körpünün ətrafında qoruyucu çəpər çəkmək, yaxud nəsə başqa bir tədbir görmək hələlik heç kimin ağlına gəlmir. Bunlar ağla gəlmədikcə də bu cür adamlar cəmiyyətin, paytaxt sakinlərinin, əsasən də yeniyetmələrin ağlını qarışdırmaqda, ətrafdakı insanların əsəblərini gərməkdə davam edəcək…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam