Redaktor seçimi
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

ŞAİR QİYMƏTİNİ OXUCUDAN ALIR

 

 

ŞAİR QİYMƏTİNİ OXUCUDAN ALIR

 

Yenixeber.org: Son vaxtlar kitab təqdimatlarında, söz məclislərində çox oluram. Bu təqdimatlardan, məclislərdən qazandıqlarım da çoxdur. Bəzən vaxt itirirəm. İtirdiyim vatıma heyfim gəlir. Onun yanında başım aşağı olur. Yəni kitab təqdimatı keçirən müəllifin sözü ruhumu qidalandırmır, duyğularımı şirinləşdirmir, həzinləşdirmir.Küsdürür, incidir, narazı salır. Bu günkü poeziyamızdan söhbət düşəndə məndə belə bir fikir formalaşır. Şair İlahi sözüylə oxucunu ələ almalıdır. Bu halda söz adamı dəyər qazanır, oxucunun sevimli şairinə çevrilir. Və həqiqi şair elə bu yerdə də həqiqi qiymətini alır. Məncə bu, başqa cür də ola bilməz. Oxucu üçün şairin kimliyi, hansı vəzifəni, fəxri adı daşıması bir elə də vacib deyil. Onun üçün kitab var, bir də özü. Oxucu kitabı oxuyacaq, ondan zövq alacaq, sözlə ruhunu qidalandıracaq. Və hətta o şeirlərdən yaddaşına köçürüb, dost, tanış məclislərində səsləndirəcək də.

Müqəddəs sözün dəyərdən düşüb ucuzlaşdığı, pulun çoxları üçün meyar olduğu bir zamanda masaüstü kitabların çoxluğundan danışmaq həmi yalan, həmidə gülünc olar. Amma buna baxmayaraq barmaqla sayılacaq qədər də olsa masaüstü kitablar var. Bu, azlığa da naşükürlük etməyib, şükür deyək. Bu az da olmasa biz neyləyərdik? Yolumuz, izimiz harda başlayıb, harada qurtarardı? Şair həyatın elə anlarına, məqamlarına toxunmalıdır ki, oxucunun ürəyinə yol tapa bilsin. Gördüyünü, duyduğunu yazsın. Şair diqqətli olmalıdır ki, nəzərindən. baxışından heç nə qaçmasın, yayınmasın, xırda, oxucunu yoran, bezdirən, hətta mən deyərdim, iyrəndirən hissilərdən uzaq olmalıdır. Şairin şeirlərində sünilik, məddahlıq, yarınmaq, bilərəkdən haqqa nahaqq demək olmamalıdır. Belə şeirlər oxucu tərəfindən sevilmir, qəbul edilmir. Təbiilik, reallıq, doğruluq həyatın özüdür, onun diriliyi, canlılığıdır.

Yazarırın yaradıcılığında ötərilik varsa bu şair üçün bağışlanmazdır, faciədir. Vaxtında, zamanında bundan uzaqlaşmaq, qurtulmaq lazımdır. Gecikmək isə heç olmaz.

Yuxarıda dediklərimin demək olar ki, hamsını Arzu Nehrəmlinin "Unutmağı öyrənirəm"kitabında gördüm. Və sevindim ki,nə yaxşı Arzu xanımın tədbirində iştirak etdim və burdan qazancım oldu. Bu başqa cür də ola bilməzdi.Çünki Arzu Nehrəmli elə-belə şair deyil, sayılıb, seçilən söz adamıdır.

Vətən eşqi, qeyri-adi kövrək və zərif hissilər tərənnümçüsü, müasirlik, yenilik, təzəlik duyğulu, el- oba qoruyucusu vətəndaş- şair Arzu Nehrəmlinin poetik yaradıcılığının baş mövzusu bitməz, tükənməz ilham mənbəyidir. Arzu xanım Vətəni özü bilir. Vətənin dərdi, ağrısı onun dərdidir, onun ağrısıdır. "Sənə dəyən mənə dəyib keçibdir"beyti bunun qısaca ifadəsidir.

"Dərd gəlib dərdinin üstünə, Vətən" şeiri təkcə Arzu Nehrəmli yaradıcılığının yox, eyni zamanda müasir Azərbaycan şeirinin yaxşılarından sayıla bilər.Bu şeirdə müəllifin vətəndaşlıq duyğularının aliliyi, Vətənə bağlılığın sonsuzluğu, müqəddəsliyi aydın görünür. Şeiri həyacanla, yana-yana. ağrıya- ağrıya oxudum.

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən.

Arzu xanımın bu şeiri sıradan bir poeziya nümunəsi deyil, vətəndaş şair harayıdır, sızıltısıdır, ağrısıdır, göynərtisidir.

Üzündə giley var, dilində ağı,

Öpüb qucaqlama daşı-torpağı,

Dur get evimizə gəlin sayağı,

Ömrümün parası, yarısı, qayıt!

Bu poeziya nümunəsi isə şairin həyat yoldaşı mərhum Yusifin dilindən yazılan "Qızımın atası, anası" adlı şeirindən bir bənddir. Şairin ömür- gün yoldaşı, könül sirdaşı, evdaşı Yusif Yaqub oğlu təyyarəçi olub. Və bu ağrılı- acılı, gəlimli- gedimli, heç kimin olmayan, üzünə gülməyən dünyadan çox erkən köçüb. Arzu xanıma isə çəkməsi, daşıması üçün ağır yük qoyub gedib. O, sarsılmayıb, bədbinləşməyib, ayaqda durmağı bacarıb, nikbinliyini həyatının meyarı seçib. Qız böyüdüb, ilahi sözlə yoldaşlıq edib yol gedib, şeirlər yazıb. Şeirlərinə neçə- neçə bəstəkar musiqi yazıb. Və bu mahnılar tanınmış müğənnilər tərəfindən ifa olunub.

"Bir oğlan var idi, bir də mavi göy", "Uçardı buluddan, buluddan uca". Uşaq vaxtı çoxumuz təyyarəçi olmaq, sonsuz göylərdə qartal kimi uçmaq arzusunda olmuşuq. Amma sonralar bu romantik xəyaldan ayrılıb, yerdə yeriməyi, qaçmağı mavi göylərdən üstün tutmuşuq. Bizlərin çoxundan fərqli olaraq Yusif ta uşaqlıqdan göylərə bağlı olub, səmanın ənginliyinə, dərinliyinə uçub, ilhamını, sevincini yerdəki dağdan- daşdan, güldən- çiçəkdən yox, göydəki günəşdən, aydan alıb. Onun nə qədər arzu- diləyi vardı. Onları həyata keçirmək üçün çalışmaqdan yorulmurdu. Deyir, sən yerdə saydığını say, gör göydə göylər nə sayır. Günlərin bir günü Yusifin arzularına, diləklərinə sevib bağlandığı göylər son qoydu.

Aldı başı üstün qara buludlar,

Göylər oğlu idi,göyə qərq oldu.

Həyat qəribədir, özü də çox. Ona görə ki, onun həsrəti, itkisi, ayrılığı var. Həsrətə, ayrılığa dözmək, itkini qəbul etmək olduqca çətindir. Amma gərək bu çətinliyə dözməyi bacarasan. Bacarsan yaşayacaqsan, var olacaqsan. Bacarmasan yox olacaqsan, itib- batacaqsan. Bu sübuta ehtiyacı olmayan həqiqətdir.

Ona işıq verdin yanan ürəkdən,

Haqdan sıralanıb yaşadı ömrün.

Haqqa tapınsan, ondan güc, qüvvət alsan, enişlərə yüyürərsən, yoxuşları aşarsan, qara- çovğuna baxmadan zirvələrə, ucalıqlara ömür yolu açarsan. "Hicrana yoldaşdır ömrüm" şeirini şair bu misralarla tamamlayır:

Arzu nələr çəkdi naşı əlindən,

Bədi namərd gördü lap təməlindən,

Haqqa aşiq oldum min bir könüldən,

Baxdım ki,hicrana yoldaşdır ömrüm.

Azsu Nehrəmli poeziyanın hansı janrında yazmasından asılı olmayaraq, ortaya - oxucu süfrəsinə dadlı, tamlı, doyumlu "xörək" qoyur. Şairin yaradıcılığında ən çox xoşuma gələn xüsusiyyətlərdən biri də mövzu müxtəlifliyidir. Ta qədimdən üzü bəri şairlərin əbədi və dəyişməz mövzusu olan məhəbbətin, ilahi sevginin, ayrılığın, nakamlığın Arzu xanımın yaradıcılığında xüsusi yer tutması da təbiidr.

Heç kimə sirr deyil ki, palıd ağacı möhkəmlik, dözümlülük, əyilməzlik, sınmazlıq, ucalıq rəmzidir. Məhz elə buna görə də şair iki sevən gənci palıd ağacının kölgəsində görüşdürür. gənclər sevgilərində palıd kimi möhkəmdirlər, vüqarlıdırlar, ucadırlar. Onları belə möhkəm sevgidən heç kim və heç nə ayıra bilməz. Amma bir gün "ayrılıq şimşək olub" sevgililərin arasında çaxır. Eynən ildırım palıdın üstünə düşən kimi. Şair şeirinin sonluğunu çox təsirli verir.

Artıq o uzaqdadır,

Əli çatmır əlimə.

İndi palıd kölgəsi

Çevrilib and yerimə.

Şairin başqa bir şeiri sanki bu şeirin davamı kimidir. Aşiq məşuqunun onsuzluğunu ağır bir yük kimi qəlbində daşıyır. Hətta bu ayrılıqdan hər gün ölüb, dirilir və öz-özünə sual verir: Mənim ömrüm kəpənək ömrümü?

Yaradıcı insanlar qoynunda dünyaya gəlib böyüyüb boya-başa çatdığımız müqəddəs torpağın yaxşılığını, xeyirxahlığını, böyüklüyünü oxucuya çatdırmağa borcludur. Atalarımızın, babalarımızın, bir sözlə soyumuzun ruhu yaşayan vətən torpağının böyüklüyünü, müqəddəsliyini canı, gözü kimi qorumağı insanlara təbliğ etməli, sevdirməlidir. Hər bir qara daşı, qayası, dərəsi, düzü zamandan zamana müqəddəsləşən, ululaşan, qədimləşən torpağı, eli, obanı tərənnüm etməkdən yorulmamamalıdır. Arzu xanım sözünün poetik gücüylə buna nail olur və insanda vətənə, xalqa sevgi, məhəbbət hissini aşılamağı bacarır. Ümumiyyətlə isə, Arzu Nehrəmlinin mənalı, məzmunlu, bədii yüklü, yeni deyimli, fikirli "Unutmağı öyrənirəm" kitabı oxucuların ruh tələbini, marağını ödəyə biləcək yüksəklikdədir. Dəyərli oxucular, elə bu inamla da sizləri ruhunuzu qidandıracaq bir söz çələngi ilə baş-başa qoyuram. Və Arzu xanıma yeni- yeni yaradıcılıq uğurları arzulayıram.

Məhərrəm Şəmkirli

AYB-nin üzvü.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?