Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Süleyman Camalov “TƏNHA ADAYAM” kitabının müəllifini təbrik edir

 

Xeberinfo.com:   7 may 2016 –cı il tarixində “Kitabım.Az.”da şair-publisist Təranə Şəmsin “Tənha Adayam” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində müəllifdən başqa 40-a yaxın şair, yazıçı, publisist, gənc yazarlar, kitabsevərlər və Təranə xanımın 2 nəvəsi iştirak edirdi. Təqdimatın aparıcısı şair-publisist “Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə xanım İlkin əvvəl Təranə Şəmsin yaradıcılığı və şəxsi keyfiyyətləri barədə mərasim iştirakçılarını məlumatlandırdı. Sonra Nəcibə xanım “Azad Qələm" qəzetinin təsis etdiyi Fəxri Fərmanla birgə Qazi Arif Məhərrəmovun təqdim etdiyi “Müharibə Veteranları Birliyinin” Fəxri Fərmanını Təranə Xanıma təqdim etdi. Təranə xanım mükafatlandırıldıqdan sonra Nəcibə xanım mərasim iştirakçılarına öz ürək sözlərini deməyə icazə verdi. İki saatdan çox ayaq üstə dayanan Nəcibə xanım çıxış edənlərin hamısına diqqətlə qulaq asdı, hətta onlardan bəzilərinin səsləndirdiyi fikirlərlə razılaşmadığı üçün söylənən fikirlərdə düzəlişlər etdi. Natiqlər yazıçının uğur qazanması üçün tərbiyə, təhsil, istedad və zəhmətin vacib olduğunu vurğuladılar. Çıxış edənlər Təranə xanımın yaradıcılığına yüksək qiymət verdilər, kitabının işıq üzü görməsi münasibətilə onu təbrik etdilər və yaradıcılıq uğurları arzuladılar. Təranə xanımın 3-cü sinifdə oxuyan 9 yaşlı nəvəsi Nurayın nənəsinə həsr etdiyi şeirini oxuması hamını sevindirdi və o, alqışlarla müşayiət olundu. Mənə söz verildikdə Təranə xanım haqqında öz fikirlərimi dinləyicilərə aşağıdakı şəkildə çatdırdım: Biz bu gün bura yığışmaqda məqsədimiz Təranə xanımın yeni işıq üzü görmüş kitabının təqdimatı münüsibətilə təbrik edək və öz ürək sözlərimizi müəllifə çatdıraq. Mənim bildiyimə görə Təranə xanım Universitet bitirməyib. O, filoloq deyil, jurnalist deyil. Şairliyə meyillilik, düşüncə və dərrakə ona valideynlərindən, özünün deməsinə görə atasından keçib. Təranə xanımın atası dil-ədəbiyyat müəllimi olmaqla istedadlı qələm sahibi olub. Şəms təxəllüsü ilə şeirlər yazıb, ancaq onları heç yerdə dərc etdirmədiyindən sandıq ədəbi nümunələri kimi üzə çıxarılmayıb. Təranə xanım da uzun müddət yazdıqlarını gizli saxlayırdı. Sonralar yaxşı insanların köməyi ilə nəşriyyata ayaq açıb və ilk şeirlərini “OCAQ” qəzetində dərc etdirib. Müxtəlif redaksiyaların qapısını döyən Təranə xanım sonralar dəyərli şair, yazıçı və jurnalistlərlə tanış olub. O, bir neçə il “Elimiz Günümüz” gəzetində əməkdaşlıq etməklə muxbir vəzifəsində çalışıb. Lakin İndi “Azad qələm” qəzetində redaktor kimi faliyyət göstərir. Təranə xanım deyir, mənim şair və publisist kimi yetişməyimdə Qiymət xanım Məhərrəmlinin, Qivi Paçxataşvilinin, Nadir Ziyadlının, Nizami Təhməzovun, Zülfiqar Şahsevənlinin, Osman Əhmədoğlunun və şairə publisist Nəcibə İlkinin dəyərli məsləhətlərinin rolu böyük olub. Təranə xanım söz düşəndə öz ustadları haqqında fəxrlə danışır. Nankor inkubator cücəsi kimi demir “mənim yaranmağımda toyuğun heç bir rolu olmayıb.” Təranə xanım daim öz üzərində çalışır, mütaliə edir, oxucularla ünsiyyət saxlayır, onların rəylərini öyrənir. Elə buna görədir ki, O son üç ildə 2 kitabı işıq üzü görüb. Təranə xanımın “Sevdalıyam bu həyata” kitabı daha çox publisistik məqalələrlə diqqət çəkirdi. "Tənha Adyam" kitabında isə ədəbiyyatın müxtəlif janrlarına aid poyeziya nümunələri toplanmışdır. Hətta Təranə xanım ədəbiyyatızda undulmaqda olan Bəhri-Təvili bu gün ədəbi mühitdə gündəmə gətirib. Bədii ədəbiyyat bilicilərinin deməsinə görə Təranə xanım tarixən Azərbaycanda ilk Bəhri-Təvil yazan qadın yazardır. Belə məlum olur ki, Təranə xanımın kefi necə istəyirsə, qələmi də elə yazır. Bir dəfə qələmdən soruşurlar, niyə sən gah elə, gah da belə yazırsan? Gələm cavab verir, məni öyrədən başdır, o nə desə onu yerinə yetirirəm. Təranə xanımın keçmiş yazıları ilə indiki yazılarını müqayisə etdikdə görərik ki onun qələmi çox irəliyə getmişdir. Təranə xanım yazdıqça onun düşüncələri bitib tükənmir. Əksinə, bir yandan boşalırsa da bir yandan dolur. Deyirlər, “halva bişirmək halva deyil”. Kitab yazmaq və onu ərsəyə gətirmək asan iş deyil. Bu yazıçıdan böyük səbr və əzab- əziyyət tələb edir. Bir dəfə dadlı aş yeyən adamlar düyünü tərifləyir, ancaq aşı bişirən haqqında heç nə demirlər. Düyü deyir, biz düyü olunca qabıqdan çıxmışıq. Aşı bişirən dinmir. O, ürəyində fikirləşir, axı mən də aşı bişirincə tər tökmüşəm. “Bu gözəl şeirdir” deyən hər bir oxucu bilməlidir, hətta kiçik bir şeir parçasını yazarkən şair də öz fikrini ifadə etmək üçün tər tökür. Şair yazmasa mərəzə tutular bunu unutmayaq. O, gördüklərini, eşitdiklərini, düşündüklərini və bildiklərini qələmə alır və yazdıqlarının oxucular üçün faydalı olacağına ümid edir. Müasir dövrdə yazarların zəhməti çox, amma zəhmət haqqı azdır. Buna baxmayaraq onlar yenə də yazır və öz vərdişlərindən əl çəkmirlər. Bu ona bənzəyir, qazan hər gün bişirir, bişirdiyindən ona heç nə çatmır, o yenə də bişirir. Kitab illərlə yaşayır və səndən sonra qalan izin olur. Ərsəyə gələn kitabı oxucu mənimsəyə bilirsə beyninə həkk olunur və onun dünyagörüşünü artırır. Oxucular müəllifii və onun yazdıqlarını həmişə xatırlayaraq bəhrələnməyə çalışırlar. Yazar kitabını nəşr etdirdikdə dünyaya övlad gətirən ana kimi sevinir. O, Allaha şükür edərək deyir. Nəhayət bu arzuma da çatdım. Təranə xanımı kitabının nəşr olunması və onun növbəti arzusuna çatması münasibətilə ürəkdən təbrik edirəm. Təranə xanım elə bir yazardır ki, onun enerjisi tükənməzdir və onun yeni- yeni uğurlara imza atacağına inanıram. Əziz və hörmətli TƏRANƏ xanım, səndən yazmaq, bizdən oxumaq, oxuduqlarımızdan faydalanmaq, səni də həmişə xatırlamaq üzərimizə düşən vəzifə olsun. Yaz, yarat həmişə qələmin iti sözün kəsərli olsun. Allahdan istəyim budur ki bütün işlərin uğurlu olsun və daima ucalasan. Ürəyində həyata keçməmiş arzuların varsa onlar da həyata keçsin. Biz də sənin qələminin işığına yığılaraq öz ürək sözlərimizi bax beləcə söyləyək.
Süleyman Camalov. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam