Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Karvan hələ yoldadı...


 

        Xeberinfo.com:   Ömrünün 40 ilini yaradıcılıqla başbaşa qalan şair Məhəmmədəlinin 66 yaşı tamam olur. Əlbəttə, hər bir şair doğulduğu vətən torpağının əsrarəngiz gözəlliklərinə vurulmamışdan öncə, həmin torpağa Ulu Yaradanın müjdəçisi kimi gəlir (və doğulur!). Yaradanın ona bəxş etdiyi ürək pıçıltılarını insanların qəlblərinə, könüllərinə ərməğan edir. Bu baxımdan hər bir şair doğulduğu Vətən torpağına bənzəyir. Şair Məhəmmədəli də sifət cizgiləri etibarı ilə doğulduğu Azərbaycan torpağına bənzəyir. Hər şey ona torpaqdan gəlir, sonda ana torpağa qayıdır. Bəlkə elə buradanda Ana torpaq, Qara Torpaq ifadələri şairlərimizin dilinin əzbəridir...

Şair Məhəmmədəli Qəbələ rayonunun Qəmərvan kəndində doğulub. 1978-ci ildə İnşaat Mühəndislər İnstitutunu bitirib. Ilk mətbu şeiri 1967-ci ildə “Qışı da nə gözəldir” – başlığı altında “Pioner” qəzetində çap edilmişdir. Indiyədək oxucuların diqqətini cəlb edən 11 kitabı çapdan çıxmışdır. Bu kitablardan “Dağlardan ayrı”, “Sevincim acıdı, kədərim şirin”, “Gedirəm üzü gündoğana”, “Söz sənindir”, “Etiraf”, “Sovurur yellər məni” və s. şeir kitablarında qurub yaradan insanların həyat sevinci, kədəri, Azərbaycanımızın füsunkar təbiəti, tarixiliklə müasirlik arasında vəhdət təşkil edən şeirlər oxucuların dərin marağına səbəb olmuşdur. Şair bu kitablarına görə ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. Yaradıcılığı “Qızıl Qələm”, “Məmməd Araz”, “Həsən bəy Zərdabi” və s. mükafatlara layiq görülmüşdür. Indi də yorulmadan yeni nəfəslə yaradıcılıq yollarında irəliləməkdədir.

         Şairin müraciət etdiyi mövzular müxtəlif mövzuları əhatə edir. Nədən yazır yazsın onun başlıca amalı sadəlikdir, insanpərvərlikdir, vətənçilikdir, etirafdır:

 

Şeir yazmadım ad-san üçün,

Yazdım duyan insan üçün...

 

         Şairin şeirlərində oxucunu düşündürən ilk poetik misraların sətiraltı şaxələnən mənalarıdı. Şair fikir, düşüncə, amal adamıdır. Şeirlərinin dili rəvandır, axıcıdır, tez yadda qalandır. Onun şeirlərini oxuyan oxucu ilk anda düşüncəyə, amala qapılır və şairin poetik məni oxucunu daim düşünməyə sövq edir. Fikrin, düşüncənin poetik mənalandırılması şairin ən başlıca uğurudur. Şair Məhəmmədəli kitabdan kitaba daha da püxtələşərək, poetik inamla yaradıcılığının zirvəsinə qətiyyətlə yol başlayır və bu yolu uğurla gedir. Bunun nəticəsidir ki, şairin şeirlər rəvan dillə, ana dili ilə yazıldığına görə tez əzbərlənir və oxucunu daim düşünüb nəticə çıxartmağa səfərbər edir.

         Qədim Qəbələnin, Qəmərvan kəndinin füsunkar təbiəti, coğrafiyası, müasir, qurub-yaradan insanların həyat hekayəsi, şairin şeirlərinin leytmativini təşkil edir. Doğulub boya-başa çatdığı qədimdən qədim Qəmərvanın füsunkar təbiəti şairi bütün yaradıcılıq boyu tərk etmir, əksinə şeirdən şeirə, kitabdan kitaba daha da onlara poetik məna verir.

         Şəhər mühitində yaşamasına baxmayaraq kəndin gözəl təbiəti, dağlar, yaylaqlar, obalar, ellər onun yadından çıxmır, yaşlaşdıqca ötən xatirələr biri-birindən gözəl, mənalı, düşündürən poetik misralara çevrilir. Dəyərli oxucularda onun yaradıcılığına yüksək qiymət verərək onun kitablarını daim alır, oxuyur və təbliğ edirlər. Onun kitablarına oxucu marağı çoxdur. Bir neçə kitab mağazasında şairin kitablarını soruşduq, dedilər ki, satılıbdı. Az-az qalır onun kitabları. Doğrudan da bu şairin yaradıcılığına verilən əsl qiymətdir. Sonda həmişə son sözü dəyərli oxucular deyir. Şairə ehtiram olaraq yaradıcılıq Birliklərində də onun yaradıcılığı haqqında, qəzetlərdə, jurnallarda ədəbi kuluarlarda məqalələr yazılır, yaradıcılığı araşdırılır, kitablarına böyük üstünlük verirlər.

         Baharın ilıq nəfəsi duyulduğu, Novruzun gəlişinə bir azca qalmış şair Məhəmmədəlinin 66 yaşı tamam olur. Altmış altı yaş əlbəttə, sözün müdriklik zirvəsinə doğru irəliləyən şair üçün elə də böyük rəqəm deyil. Şairi təbrik etməklə yanaşı arzu edərdik ki, şair Məhəmmədəlinin 100 yaşını qeyd edək. Bunun üçün ulu Yaradandan möhlət istəyək. Həm şairimizə, həm də bizə və dəyərli oxucularımıza tanrıdan uzun və mənalı ömür diləyək ki, gün o gün olsun ki, şairin 100 illik yubileyi haqqında gözəl və mənalı bir təbrik yazaq. Necə deyərlər karvan hələ yollardadı, ömür karvanı, üzü dağlara tələsən ömür karvanı, Karvan hələ yoldadı...

 

 

Vəli Səmədli

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam