Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Baxın...budur ŞAİRLİK...YAZARLIQ...

Baxın...budur ŞAİRLİK...YAZARLIQ...

 

Yenixeber.org: Bəzən şairə, yazara qibtə və hətta paxıllıq edirlər. Nədənini deyə bilmirəm. Amma bir onu deyə bilərəm ki, şair həyatı yaşamaq çox çətin və acınacaqlıdır. Elə anlar olur yerindən asılı olmayaraq bir anlığa qəlbinin yolu səni çəkib apardığını hiss edirsən. Sanki hiss edirsən ki, bir ağlar səs səni özünə sarı səsləyir və qarşında göz yaşı tökən bir cüt ala göz görürsən və fərqində olursan bu gözəl nədən ağlayır. Onun sevən qəlbi var, o dəlicəsinə birinə aşiqdir. Onu qırıblar, onu atıblar, onu yandırıblar. Bu zaman şair ayaq saxlayır ki, aşiqin dərdinə şərik olsun. Şair dərdlilərin dərdinə şərik ola-ola özü yanır pərvanə kimi, başı çaşır divanə kimi. Kim deyir xöşbəxtdir şairlər? Şairlər o qədər məsum, o qədər qəlbi saf olurlar ki, sevənlə sevirlər, ölənlə ölürlər. Hətta yaşaya-yaşaya öz xəyallarında ölürlər onlar. Şairlik həyatda çəkməyə məhkum olduğun işkəncədir ki, çəkməlisən bir ömürboyu, cücərtmək istədiyin toxumu əkməlisən, becərməlisən və nəhayət qəlbinin gurultulu şəlaləsilə suvarmalısan. Bu fidan pöhələr sənin qəm piyaləndən su içər. Hətta bəzən sevinmək istərsən də. Lakin bir anlıq qəlbinə bir ox saplanır və sən ağrıdan diksinərsən. Bir sözlə şair həyatı səksəkədir, mürgülü röyadır və gözünü açmaq istəyirsən amma bacarmırsan. Şairlər bəzən özləri haqqında düşünmürlər. Deyirlər, şairlər sevməsə yaza bilməz. Bu çox yalnış fikirdir. Sevən şairin özü deyil, sevən onun öz xəyal dünyasında yaratdığı vəfalı, vəfasızlardır. Şair sevir...sənin, onun, sizin bizim qəlbi ilə sevir. Şairlər elə həssas olurlar ki, onu kövrək musiqi ağladır. Şair ağlayır. Lakin bilmir niyə ağlayır. Niyə, kimin üçün göz yaşı tökür. Siz bilirsiz? Şairlərin, yazarların qəlbində dərddən qala tikilib. Şairin qəlbi oddur yanar daima.. dilinə, qələminə düzülər misralar..Şair olmaq mərəz, xəstə olmaq deməkdir, nə yeməkdir, nə içməkdir. Ölçdüyünü, biçdiyini çəkiyə, ölçüyə vurmaq deməkdir. Bir sözlə şair Allahın sevdiyi vəlidir, köksündə başqa ürəklərə can verən dəlidir. Şairlik yaşından tez qocaldar səni...hər yazdığın ucaldar səni və dillərə əzbər edər...Amma bircə səni...SƏN etməz. Sən hammı ola bilərsən özündən başqa....Bax...budur ŞAİRLİK 

Təranə Abidova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam