Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Səfir:“Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqları dəstəkləyir”

Avropa İttifaqı (Aİ) Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “prezident seçkiləri” və “andiçmə mərasimi”ni tanımır.

Yenixeber.org: Bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Xartselin məktubunda bildirilib.

Məktub Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” və Şuşada təşkil edilən “andiçmə mərasimi”nə etirazın bildirildiyi bəyanatına cavab olaraq təqdim edilib.

Səfir qeyd edib ki, bu hadisələr Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz: “Avropa İttifaqı ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin dayanıqlı sülh üçün substantiv danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə səyləri bundan sonra da dəstəkləməyə hazırdır”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam