Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qazaxıstanda pedofillərin axtalanmasına başlanıldı

Qazaxıstanda pedofillərin axtalanmasına başlanıldı

Qazaxıstanda azyaşlı uşaqlara qarşı cinsi zorakılıq və təcavüz edən pedofillərin axtalanması prosesinə başlanılıb 

 Yenixeber.org: bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Pedofil kişilərin kimyəvi üsulla ilk axtalanma prosesi üzrə təşkilati tədbirlər ölkənin cənubundakı Türkistan əyalətində həyata keçiriləcək. Buna səbəb həmin bölgədən müraciətin daxil olmasıdır.

Nazirlikdən bildiriblər ki, pedofillərin cinsi istəklərinin azaldılması üzrə prosedurların yerinə yetirilməsi ilə məşğul olan səhiyyə təşkilatlarına büdcədən 9,6 milyon təngə (27 min ABŞ dolları) ayrılıb. İl ərzində bir pedofil kişinin kimyəvi üsulla axtalanması üçün 125 min təngə (350 ABŞ dolları) sərf olunacaq. 

Qeyd edək ki, 2016-cı ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayev uşaq hüquqlarının qorunması istiqamətində qanunvericiliyə böyük dəyişikliklər paketini imzalayıb. Onların sırasında uşaqlara təcavüz edən pedofil kişilərin axtalanmasına dair dəyişiklik də var. Axtalanma daxil olmaqla, həmin dəyişikliklərin bir qismi 2018-ci ilin 1 yanvarından qüvvəyə minib. 

Qazaxıstanın Baş Prokurorluğu bildirib ki, məhkəmənin qərarı ilə pedofillikdə ittiham olunanlar cinsi istəyi azaldan preparatlar qəbul etməyə məcbur ediləcəklər. Bununla da, kimyəvi üsulla axtalanan kişilər bir daha uşaqlara cinsi təcavüz edə bilməyəcəklər. Cəza tədbirləri həddi büluğa çatmayanların cinsi toxunulmazlığı barədə qanunu pozaraq cinayət törədən 18 yaşından yuxarı pedofillərə tətbiq olunacaq və məcburi xarakter daşıyacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam