Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ABŞ-da 300 keşiş min uşağa təcavüz edib -Hesabat

 

ABŞ-da 300 keşiş min uşağa təcavüz edib - Hesabat
ABŞ-ın Pensilvaniya ştatının yeparxiyasına daxil olan kilsələrdəki 300 keşiş min nəfərdən çox azyaşlı uşağa cinsi təcavüz edib.

 Yenixeber.org: NBC telekanalı xəbər verir ki, bu barədə son 2 ildə ABŞ-da aparılan təhqiqatlar nəticəsində hazırlanan hesabatda deyilir. Hesabat 1950-ci illərdən bu günədək olan dövrü əhatə edir.
Lakin təhqiqatda iştirak edən andlılar kollegiyası hesab edir ki, real rəqəmlər sənəddə göstərilənlərdən qat-qat çoxdur. Çünki ştatdakı kilsələrin yüksək vəzifəli şəxsləri və hətta Vatikandakı dini rəhbərlik səviyyəsində keşişlərin uşaqları və yeniyetmələri zorladığından xəbərdar olublar və ruhanilərin bu əməlini sistematik şəkildə dəfələrlə ört-basdır ediblər.

Artıq hesabatda adıçəkilən iki nəfər keşişə qarşı rəsmi cinayət işi açılıb. Amma qeyd olunur ki, keşişlərin çoxuna qarşı cinayət işi başlatmaq mümkün olmayacaq. Səbəb isə ya uzun illər öncə baş verən cinayətlərlə bağlı qanunla müəyyən edilmiş müddətin başa çatması, ya da ki kilsələrin cinsi təcavüzlə məşğul olan keşişlərini ciddi müdafiə etmələridir. Hətta bu cür əməllərlə məşğul olan keşişlər hazırda daABŞ kilsələrdə xidmət göstərirlər. Çünki yeparxiya onlara qarşı ittihamları əsassız hesab edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam