Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Adnan Oktara qarşı şikayətlər artır– Siyahıda Azərbaycan vətəndaşları da var

 Yenixeber.org: İyulun 11-də Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktarın rəhbərlik etdiyi qruplaşmaya qarşı şikayətçi olanların sayı günbəgün artmaqdadır.

Bu qruplaşmaya qarşı əməliyyatın başlamasından sonra son 5 gündə 45 nəfər polisə gedərək şikayət edib.

Bildirilir ki, 45 nəfərdən ikisi azyaşlı uşaqdır, onlara müxtəlif vaxtlarda təcavüz edilib.

11-18 yaşlarında olan 15 yeniyetmə də Oktar quruluşu tərəfindən cinsi istismara məruz qalıb.

Şikayət edənlər arasında Azərbaycan, Hollandiya, Qətər, Avstriya və Qazaxıstan vətəndaşları da var.

Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə-4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb.

Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam