Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bağçada uşaqların döyülməsi araşdırılır

Bağçada uşaqların döyülməsi araşdırılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Kids Studio” bağçasının əməkdaşları tərəfindən həmin bağçada tərbiyə olunan azyaşlı uşaqlara qarşı zorakılıq, kobud rəftar əks olunan videogörüntülərə dair açıqlama yayıb.
Yenixeber.org: Dövlət Komitəsindən daxil olan açıqlamada deyilir: “İyunun 11-də kütləvi informasiya vasitələrində “Kids Studio” bağçasının əməkdaşları tərəfindən həmin bağçada tərbiyə olunan azyaşlı uşaqlara qarşı zorakılıq, kobud rəftar əks olunan videogörüntülər yayımlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hadisənin araşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlanıb. Verilən məlumata əsasən, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və nəticələrdən asılı olaraq aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər görüləcək.

Komitə uşaqların hüquqlarının müdafiəsini, onlarla düzgün rəftar edilməsini təşviq edir və bu siyasətin reallaşması istiqamətində tədbirlər həyata keçirir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası əsas olmaqla, Azərbaycanın qoşulduğu bütün digər beynəlxalq sənədlərdə, uşaq hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyində uşaqların mənafelərinin üstün tutulması prinsipi təsbit edilib. Uşağa qarşı istənilən etinasızlıq, laqeyd münasibət, zorakılıq və qəddar davranış yolverilməzdir və bu cür hallar qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur.

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, eyni zamanda, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənlərin əsas vəzifəsidir.

Bu baxımdan həmin şəxslərdən peşəkarlıq və xüsusi hazırlıq tələb olunur. Komitə baş vermiş hadisə ilə bağlı mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasını və psixo-emosional vəziyyətlərinin araşdırılması istiqamətində işin gücləndirilməsini məqsədəuyğun hesab edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam