Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Koalisiya hökumətini qurmaq mümkün olmadı – CANLI YAYIM

 

“MHP lideri AKP ilə koalisiya hökumətinin qurulmasının mümkün olmadığını, azlıq hökuməti və növbədənkənar parlament seçkilərinə də dəstək verməyəcəklərini söylədi”.
"Xeberinfo.com":   Türkiyə KİV-inə istinadən xəbərə görə, bunu Türkiyə baş naziri səlahiyyətlərini icra edən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu partiyanın qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə keçirdiyi görüşdə ölkədə baş verən hadisələri müzakirə etdiklərini söyləyib.
“Bu gün Dövlət Bağçalı ilə səmimi şəkildə görüşdük. Əvvəlcə terrorla mübarizə məsələsində fikir mübadiləsi apardıq. D.Bağçalı əvvəllər də ictimaiyyətə açıqladığı 4 maddə səbəbindən AKP ilə koalisiya hökumətinin qurulmasının mümkün olmadığını ifadə etdi. MHP sədri seçki hökumətinin qurulmasını da uyğun gömədiklərini, növbədənkənar parlament seçkiləri ilə bağlı Türkiyə Böyük Millət Məclisində keçiriləcək müzakirələrə qatılacaqlarını, ancaq dəstək verməyəcəklərini bildirdi. Bizim çox istəməyimizə baxmayaraq, nə Kamal Kılıçdaroğlu, nə də Dövlət Bağçalı ilə koalisiya hökuməti qurmağın mümkün olmadığını gördük. Prezidentlə görüşüb addımlarımızı müəyyənləşdirəcəyik. Biz qapılarımızı bağlamamışıq. Təkrar görüşlər keçirə bilərik. Avqustun 23-dən sonra növbədənkənar parlament seçkiləri ilə bağlı qərar veriləcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam