Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Hakimiyyət yox, təkrar seçki istəyirik“

 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkədə oktyabrın 15-də növbədənkənar seçki keçirilməsini təklif edib

 

"Xeberinfo.com":  Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun onunla birlikdə koalisiya hökuməti qurmaq təklifinə münasibət bildirərkən deyib.
MHP sədri vurğulayıb ki, onlar kiçik hədəflərin ardınca getmirlər: “Cənab Kılıçdaroğlu baş nazir postunu mənə verməyə hazır olduğunu deyir, amma biz kiçik hədəflərin ardınca qaçan partiya deyilik. Biz buna razı deyilik və Kamal bəyin bu təklifini düzgün hesab etmirik”.
D.Baxçalı birinci koalisiya modelinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Xalqların Demokratiya Partiyası (HDP) olduğunu vurğulayıb: “Mən bu hökumətə güvənmərəm, amma millətin rəyi nəticəsində koalisiya yaradılırsa, bir-birinə uyğun olmalıdır. Bu oyunu AKP ilə HDP oynayır. MHP olaraq isə biz iqtidarda deyil, ana müxalifətdə olmaq istəyirik”.
HDP-ni PKK terror təşkilatının siyasi qolu sayan partiya sədri növbədənkənar seçkinin keçirilməsi üçün tarix də göstərib: “Əgər yenidən seçki olsa, onu dəstəkləyirik. Ölkədə hökumət böhranı baş versə, ən düzgün yol millətin rəyinə müraciət etməkdir. Məncə, ən uyğun vaxt 15 noyabrdır. Hamı istəyirsə, biz də istəyirik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam