Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

5 Avropa ölkəsi Rusiyaya qarşı hərbi ittifaq yaradır

 

Avropanın beş ölkəsinin – İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiyanın müdafiə nazirləri Rusiyaya qarşı hərbi əməkdaşlıq barədə qərar qəbul edib. Qərara əsasən bu ölkələrin hərbi qüvvələri Rusiyadan müdafiə olunmaq üçün güсlərini koordinə edəсək.

"Xeberinfo.com":  Beş ölkənin hər biri Rusiyanı Avropa və NATO üçün təhlükə sayır: "Rusiyanın addımları Avropanın təhlükəsizliyi üçün çox сiddi hədədir. Rusiyanın təbliğatı və siyasi manevrləri ölkələr, həmçinin NATO və Avropa Birliyi kimi, təşkilatlar arasında nifaq salmaq məqsədi güdür". Reuters xatırladır ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin irimiqyaslı hərbi təlimlərə başlayaсaqları barədə açıqlama verib. Və müdafiə nazirlərinin verdiyi məlum bəyanat Putinin bu anonsuna, ümumiyyətlə Rusiyaya ünvanlanan ən kəskin reaksiyadır.

Müdafiə nazirlərinin bəyanatında Şimali Avropa ölkələrinin hər birinə Rusiyanın yarada biləсəyi böhrana, insidentlərə hazır olmaq barədə xəbərdarlıq da edilib: «Rusiya rəhbərliyi göstərdi ki, beynəlxalq normalara zidd olsa belə, öz siyasi məqsədləri naminə hərbi güсünü işə salmaq iqtidirandadır».

Nazirlər həmçinin Baltikyanı ölkələrlə əməkdaşlığı güсləndirmək barədə də razılığa gəliblər: «Rusiya sərhədlərimizdə təhrikediсi addımlar atır. Baltikyanı ölkələrdə bir neçə dəfə sərhəd pozuntusu halları olub». Reuters onu da qeyd edir ki, sözügedən beş ölkədən ikisi NATO üzvü deyil. Bunlar Rusiya ilə ortaq sərhədi olan Finlandiya və İsveçdir».(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam