“Putin cinayətkara layiq rəftar görməlidir”
"Xeberinfo.com": BMT-nin Qaçqınlar agentliyinin iyulun 25-də verdiyi məlumata görə, Ukraynanın şərqində döyüşlər başlayandan 230 min adam öz evini tərk edib.
Onlardan 100 mini Ukraynanın daxili regionlarına gedib, 130 mini isə Rusiyaya.
Ukrayna hərbçiləri bildirirlər ki, 3 aydan çoxdur ki, davam edən anti-terror əməliyyatında 325 əsgər və zabit ölüb. 1232 əsgər və zabit isə yaralanıb. Bunu Ukraynanın Milli təhlükəsizlik Şurasının sözçüsü Lysenko iyulun 25-də deyib.
Anti-terror əməliyyatı aprelin 15-də başlanıb.
Rusiyapərəst yaraqlılar arasında ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.
Son iki həftədə Ukrayna ordusu yaraqlılar olan ərazini demək olar ki, 2 dəfə azaldıb.
“Mafioz dövlətlə məhz belə rəftar etmək lazımdır”
ABŞ-ın "Foreign Policy" nəşri Rusiya preziidenti Vladimir Putinin cinayətkar boss olduğunu və onunla buna uyğun rəftarın zəruri olduğunu yazıb.
Putinin Ukraynada separatçı hərəkatın himayəçisi olduğunu yazan müəllif hesab edir ki, bu gür artıq Putinə fərqli siqnal verməyin vaxtıdır. Rusiya prezidenti aydın seçim qarşısında qalmalıdır. «Əgər Ukraynanın şərqində separatçılara yardımı davam etdirəcəksə, Qərb Putinə və onun cinayətkar elitasına məxsus offşor bank hesabları, aktivlər və daşınmaz əmlak şəbəkəsini açmalıdır. ABŞ-da, Avropada milyardlarla dollarları var. Bu hesablar dondurulmalıdır. Mafioz dövlətlə məhz belə rəftar etmək lazımdır», - deyə müəllif qeyd edir.
NATO rəsmisi: “Rusiyanın cavabı verilməlidir”
NATO-nun növbəti sammitində Rusiyanın yürütdüyü siyasətə qarşı planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə ediləcək.
ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanda səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Hyu Beyli bəyan edib.
“Sammitdə müzakirə olunacaq başlıca məsələlərdən biri Rusiyanın yürütdüyü aqressiv siyasətinə qarşı atılacaq addımlardır. NATO-nun cavabı olmalıdır”, - deyə Hyu Beyli bildirib.
Qeyd edək ki, NATO-nun növbəti sammiti bu ilin sentyabrında Uelsdə keçiriləcək.
Onu da bildirək ki, bu ilin aprelində NATO PA Rusiya parelamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərar qəbul etmişdi.
“Dünya Putinə cavab verməlidir”
Qərb mediası Avropanı Rusiyaya münasibətdə hərəkətsizlikdə qınayır. Putinin hərəkətlərini isə dünyaya təhlükə hesab edirlər. Və yazırlar ki, dünya ayağa qalxmasa, sonra daha pis olacaq.
Washington Post qəzeti yazır ki, Ukrayna böhranı strategiyalı və məqsədli Avropanın olmadığını göstərdi. Bu böhrana reaksiyanı ABŞ göstərməlidir və reaksiyaya rəhbərlik etməlidir, ancaq Avropasız real heç nə etmək mümkün deyil. Avropa Rusiyadan külli miqdarda enerji alır, Rusiya şirkətlərinə ən böyük investor Avropadır, Avropa Rusiya kapitalının axdığı əsas yerdir. Barack Obamanın tənqidçiləri onu məcbur etmək istəyirlər ki, Putinlə bağlı bir iş görsün, ancaq Putinin həqiqətən narahat edə bilən məhz Avropanın sanskiyalarıdır.
Qəzet yazır ki, baxın, Avropa Ukrayna ilə necə hərəkət edib? Avropa illərlə müəyyənləşdirə bilmirdi ki, o, Ukraynanı Avropa Birliyinə üzvlüyə həvəsləndirsin, yoxsa yox. Avropa Birliyi Kiyevə qarışıq siqnallar göndərirdi. Bu, avropərəst ukraynalıları məyus edirdi, rusiyalıları qəzəbləndirirdi və hamını çaşdırırdı.
Washington Post qəzeti başqa məqaləsində yazır ki, əgər Qərb Ukrayna üçün indi nəsə etməsə, sonra gec ola bilər.
Qəzet yazır ki, Avropanın mövqeyi inanılmazdır- Avropa istəyir ki, Ukrayna hökuməti işğalçıları ölkədən qovmağı dayandırsın, onlarla danışıqlara getsin. Qəzet yazır ki, xöşbəxtlikdən yeni Ukrayna prezidenti Poroshenko bu strategiyaya təslim olmadı.
Əksinə,o, ABŞ-dan hərbi yardım və ya ən azı Rusiyaya qarşı əhəmiyyətli sanskiyalar istəyir.
Qəzet ABŞ prezidenti Obamanı tənqid edir ki, bu müraciətləri o və avroplalılar kənara qoyur.
Qəzet Obama haqda yazır ki, Putinin vəziyyəti gərginləşdirməsinin qabağını almaq üçün imkanı ABŞ prezidenti artıq əldən buraxıb və heç olmasa indi hərəkət etməsə, sonda gec olacaq.
Financial Times qəzeti yazır ki, Rusiyanın hərəkətlərini pisləməkdə Avropa birdir. Ancaq sanskiyalara gələndə Avropa parçalanır.
Qəzetin fikrincə, Avropa Birliyinin 28 ölkəsinin hamısının qəbul edə biləcəyi sanskiyaları razılaşdırmağa vaxt gedəcək. Avropa Birliyi heç olmasa, ümumi prinsipi razılaşdırmalıdır.
Economist jurnalı yazır ki, 1991-ci ildə SSRİ dağılandan sonra rusiyalıların nəhayət ki, normal Qərb demokratiyası dünyasının üzvü olmaq şansı yaranmışdı, ancaq Putin Rusiyanı başqa yolla apardı.
Jurnal yazır ki, Putin dünyaya təhlükədir və bu təhlükəyə dünya cavab verməlidir, əgər dünya ayağa qalxmasa, sonra bundan da pis olacaq.