Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Putinin 4 ölkəni tutmaq planı üzə çıxdı

 

Rusiyanın şimal-qərbində bu ilin martında keçirilən qəfil və irimiqyaslı hərbi manevrlərin dörd ölkənin ərazisini ələ keçirmək üçün məşq olduğu üzə çıxıb.

"Xeberinfo.com":   Virtualaz.org saytı xəbər verir ki, bu barədə Avropa Siyasi Analiz Mərkəzinin (CEPA) eksperti Edvard Lukas bildirib.
“Yeni soyuq müharibə: Kreml Rusiyanı və Qərbi necə təhdid edir” adlı kitabın müəllifi olan mütəxəssis bu barədə özünün “Yaxınlaşan qasırğa” adlı hesabatında bəhs edir.
Hesabatda bildirilir ki, həmin manevrlərdə “şərti düşmən” adı altında əslində Finlandiya, İsveç, Danimarka və Norveç nəzərdə tutulub. Rusiya qoşunları həmin ölkələrin konkret regionlarını – Finlandiyanın Aland adalarını, İsveçin Gotland adalarını, Danimarkanın Bornholm əyalətini və Norveçin şimalını tutmağı məşq ediblər.

E.Lukasın məlumatlarına görə, hərbi manevrlərdə 33 min hərbçi iştirak edib. Bu cür qəfil və irimiqyaslı hərbi manevrlər NATO rəhbərliyini narahat edib. Baş katib Yens Stoltonberq manevrləri “dünyada stabilliyə təhdid” adlandırıb və onun xəbərdarlıqsız keçirilməsindən narazılıq bildirib.
Ekspert qeyd edir ki, Rusiyanın həmin ssenarisinin həyata keçirilməsi cəmi bir neçə saata NATO-nun hərb tarixinin ən uğurlu hərbi ittifaqı imicini darmadağın edərdi. Eyni zamanda ABŞ-ın Avropanın təhlükəsizliyinin qarantı olduğu barədə təsəvvürləri heçə endirərdi.
E.Lukasın sözlərinə görə, Avropanın şimal ölkələri dağınıqdır, vahid blokda çıxış etmir. Kimisi NATO-nun üzvüdür, kimisi yox. Bəzisi Avropa İttifaqının üzvüdür, bəzisi avtonom qalmağa üstünlük verir.
Hesabatda həmçinin deyilir ki, ötən ilin iyununda Rusiya təyyarələri Danimarkanın Bornholm əyalətinə hücumu məşq ediblər.
Bu ilin martında isə Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin Kopenhagenin Avropada raketdən müdafiə sistemlərinə qoşulmaq planlarına çox sərt reaksiya verib. Bildirib ki, bu addım Danimarkanı Rusiyanın nüvə silahlarının qanuni hədəfinə çevirəcək.

Mart ayında keçirilən qəfil manevrlərdə Rusiya aviasiyası və donanması, hava-desant qüvvələri iştirak edib. Desantçılar şimal qütbünə endirilib və orada “şərti düşmənlə tanış olmayan meydançada” döyüş aparıb.
Bundan əvvəl xüsusi təyinatlı kəşfiyyat-desant qüvvələri şərti düşmənin arxasına endirilib və desant qruplaşmalarının qəbul edilməsi üçün ərazi ələ keçirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam