Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-dan Rusiyaya xəbərdarlıq

 

3445_bxfpo99bok

          “Vaşinqton Rusiya hərbi təyyarələrinin manevrlərindən narahatdır”

         "Xeberinfo.com": ABŞ Dövlət Departamenti son aylar Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Şimali Amerika yaxınlığında uçuşlar həyata keçirməsindən narahat olduğunu bildirib. Almaniya mətbuatının məlumatına görə, bununla əlaqədar olaraq Dövlət Departamentinin mətbuat katibi Con Psaki dünən bəyanatla çıxış edib.

       O deyib ki, Vaşinqton hər hansı bir ölkənin hərbi təlimlər keçirməsinin vacibliyini anlayır, ancaq beynəlxalq normaların yerinə yetirilməsinə və beynəlxalq hava sahəsindəki təhlükəsizliyə riayət olunmasına da mütləq diqqət ayrılmalıdır. Psaki əlavə olaraq deyib:“Baxmayaraq ki, indiyədək birbaşa hərbi qarşıdurma olmayıb, lakin Rusiyanın daha aqressiv mövqe nümayiş etdirməsi ilə Qərbin qətiyyətli addımlar atmağa hazır olması gərginləşən vəziyyətin nəzarətdən çıxması riskini artırır”.

     Şimali Avropa ölkələri hərbi əməkdaşlığı gücləndirirlər

2581837Şimali Avropanın səkkiz ölkəsi təhlükəsizlik sferasında birgə əməkdaşlığı gücləndirmək qərarına gəliblər. Onlar tərəfindən belə bir qərarın alınması bu regionda Rusiya hərbi aviasia qüvvələrinin aktivliyinin artması ilə bağlıdır. Şimali Avropa dövlətlərinin müdafiə nazirləri bir-biriləri ilə kəşfiyyat mübadiləsi aparmaq və təlim uçuşlarının artırılması məsələsində razılığa gəliblər.
Böyük Britaniyanın müdafiə naziri Maykl Ferllan Rusiyanı ittiham edərək deyib: “Rusiya beynəlxalq aviasiya qaydalarını daima pozur. Onlar bir çox ölkələri qorxutmaq məqsədi ilə manevrlər edərək Avropanın dərinliyinə -İrlandiya və Portuqaliya sərhədlərinə qədər uçuşlar həyata keçirirlər”. Həmin bu görüşdə Norveç, B.Britaniya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva və İsveç müdafiə nazirləri iştirak ediblər.

     Niderland qırıcıları təcili havaya qaldırılıb

     Niderland müdafiə nazirliyindən “Assoşieyted Press” agentliyinə verilən məlumata görə, 13 noyabr tarixində Niderlandın iki “F-16” qırıcı təyyarəsi Rusiyanın “İL-76” hərbi nəqliyyat təyyarəsini müşahidə etməkdən ötrü həyəcan siqnalı ilə təcili havaya qaldırılıb. Məlumatda o da bildirilir ki, rus pilotları Estoniya və Litvanın şımalındakı beynəlxalq hava sahəsində uçmalarına baxmayaraq, onların hansı marşrut üzrə hərəkət etmələri üçün nəzərdə tutulan xüsusu planlama işarələri olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam