Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rusiya Ermənistanda bir aylıq hərbi təlimlərə başladı

 

Rusiya Cənub hərbi dairəsinin mühəndis qoşunları Ermənistandakı 102-ci bazasında hərbi təlimlərə başlayıb.

 

"Xeberinfo.com":  Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

 

“Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə keçiriləcək praktik məşğələlərin gedişatında mütəxəssislər tək və qrupların tərkibində kompleks tədris məsələlərini yerinə yetirəcəklər. Onlar hərbi texnikanın idarə olunması üzrə normativlərin yerinə yetirilməsi, ərazi üzrə kəşfiyyatın aparılması, partlayış təhlükəsi olan şübhəli predmetlər və minalı sahələrin müəyyənləşdirilməsi işləri üzrə tapşırıqları icra edəcəklər”, - xəbərdə deyilir.

 

Bir ay ərzində davam edəcək təlimlərdə 100-dən çox hərbi qulluqçu və hərbi texnikanın təxminən 30 vahidi iştirak edir.

 

Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşən 102-ci hərbi baza MDB-nin  Hava Hücumundan Vahid Müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir. 2010-cu ilin avqustunda Rusiya və Ermənistan hərbi bazanın istismar müddətinin 2044-cü ilə qədər uzadılması barədə müqavilə imzalayıb. Müqavilə həmçinin bazanın coğrafi və strateji məsuliyyət sahəsinin genişləndirilməsini nəzərdə tutur. Baza “S-300” zenit-raket kompleksləri və “MİQ-29” qırıcıları ilə təchiz edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam