Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Rusiya Ermənistana yeni əsgərlər göndərib

102-baza

 

Ermənistanda Rusiya hərbi bazasında çağırış üzrə xidmət keçən hərbi qulluqçuların plan üzrə yer dəyişməsi başlanıb.
Xeberinfo.com:   Anspress-in məlumatına görə, bu barədə Rusiya Cənub hərbi dairəsinin mətbuat xidməti xəbər verib.
Dünən axşam Rusiya hərbi hissələri və tədris mərkəzlərindən Gümrü şəhərindəki102 saylı Rusiya hərbi bazasına əsgər və çavuşların birinci qrupu gəlib.Dəyişməyə gələn hərbi qulluqçular Gümrü bazasına və İrəvan hərbi qarnizonun bölmələrinə bölünürlər.
Ermənistanda xidmət keçməsi üçün namizədlərin seçimi Rusiya hərbi hissələrində və tədris mərkəzlərində təyin edilmiş komissiyalar tərəfindən aparılır. Seçmənin əsas meyarları – namizədlərin mənəvi-psixoloji, fiziki və peşəkar keyfiyyətləridir.
Aparılan yerdəyişmə nəticəsində Ermənistanda olan Rusiya hərbi bazasının şəxsi heyətinin sayı dəyişməyəcək.
102 saylı Rusiya hərbi bazası Ermənistanın şimalında – Gümri şəhərində yerləşir.Baza Hava Hücumundan Müdafiə sistemi çərçivəsində döyüş növbəsini aparır.2010-cu il avqustun 20-də Rusiya və Ermənistan arasında imzalanan müqaviləyə görə, bazanın istismar müddəti 2044-cü ilə qədər uzadılıb. Protokolda həmçinin onun coğrafi və strateji məsuliyyət sferasının genişlənilməsini nəzərdə tutur. Baza ZRK S-300 və MiQ-29 qırıcılari ilə təchiz edilib.Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası 1995-ci ildən bu günə qədər fəaliyyət göstərir. Hərbi bazada 5 minədək hərbçi var. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam