Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

«Atlas Medical Center»də külli miqdarda vəsait vergidən yayındırılır -Audio


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

Rahilə Həsənova: «Heydər müəllim hər kəsin, hətta gələn yoxlamanın qarşısında özünü çox hörmətli, möhtərəm şəxslərin şəriki, qudası kimi təqdim edir»

Səhiyyə Nazirliyi çıxarılan rentgeni fenlə qurudan klinikaya lisenziya verib

Xeberinfo.com:  Ötən gün Gundelik-Baku.com-un redaksiyasına şikayət ərizəsilə müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 005 «D» məhəllə, mənzil 0093-də qeydiyyatda olan, iqtisad elmləri namizədi Rahilə Qazıxan qızı Həsənova 2010-2012-ci illərdə «Atlas Medical Center»də maliyyə direktoru vəzifəsində çalışdığını, sonradan 2015-ci il fevral ayının 1-dən 25 aprel 2016-ci il tarixədək yenidən həmin vəzifədə işlədiyini bildirməklə yanaşı, adıçəkilən klinikanın tibbi standartlara, o cümlədən insani, əxlaqi, tərbiyəvi və mənəvi normalara cavab vermədiyini vurğulayıb. Beləliklə, «Atlas Medical Center»in dövlətə böyük bir yara olduğunu iddia edən Rahilə Həsənovanın sözlərinə görə, maliyyə direktoru olaraq adıçəkilən klinikanın daxilində gedən bütün proseslər onun gözü qarşısında cərəyan edib: «2010-2012-ci illərdə 20-25 min günlük dövriyyəsi olan bir klinikada bir günə 500 manatdan dövriyyə göstərilərək vergidən yayınıb. Son bir ildə də 15 min gündəlik gəliri olan yerdə 800-1000 manat xronometraj şəklində gələn mütəxəssislərə göstərilərək vergidən yayınma hallarına yol verilib. Bildiyimə görə, «Nur», «Atlas Medical Center» və «Qorqud» otelində 300-dən yuxarı işçi olduğu halda 20-22 işçi göstərilir ki, bu da vergidən, sosial müdafiə fondundan yayınmağın bir yoludur. Bu qədər işçidən cəmi 20-22 işçinin əmək müqaviləsi var. Qalanları ilə əmək müqaviləsi bağlanmır. Təbii ki, bu da öz növbəsində, işçilərin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir». Heydər müəllimin rəhbəri olduğu «Atlas Medical Center»də avadanlıqların bərbad vəziyyətdə olduğunu bildirən Rahilə Həsənova qeyd edir ki, adıçəkilən tibb müəssisəsində rentgen aparatı fenlə qurudulur: «Təsəvvür edin ki, rentgen aparatının plyonkası fenlə qurudulur. Bununla bağlı xəstələr tərəfindən dəfələrlə şikayət olunub. Onu da nəzərinizə çatdırım ki, EKT kimi bir aparat və sümük aparatı İran vətəndaşı olan professor Hicazi doktora aiddir. Təxminən, 4-5 ildir ki, onun başına olmazın oyunlar açıldı, mühabisələr davam etdi. İş o yerə çatdı ki, İran səfirliyi də məsələyə müdaxilə etməli oldu. Hizaci doktor «Atlas Medical Center»in rəhbəri Heydər müəllimdən nə aparatı, nə də onun pulunu ala bilir. Hər dəfə o, burdan az qalır ki, göz yaşı içində getsin. Bundan başqa, orda bir Abidin doktor da var idi. Klinikadakı bütün laboratoriya avadanlıqları onun idi. Heydər müəllim ondan da 50 min almışdı ki, şərik olacağıq. Lakin Abidin doktor da illərdir ki, ondan pulu ala bilmir. Deyəsən, son zamanlarda nəsə aldı. Qeyd edim ki, mən Səhiyyə Nazirliyinə müraciət etməyimə baxmayaraq, «Atlas Medical Center»in özünün əmək kitabçasında, əmək cədvəlində bir nəfər belə olsun həkim yoxdur. Həkimlərin hamısı müxtəlif dövlət xəstəxanalarının həkimləridir, gəlib orda çalışırlar. Bu necə klinikadır ki, ştat cədvəlində bir nəfər belə həkimi yoxdur. Həkimlərin əksəriyyəti Uşaq Nevroloji Xəstəxanasından gəlir. Məsələn, Heydər müəllim Füzuli Məmmədov, Talıb Talışinski, Gülşən Mustafayeva, Kamal Hacıyev, Azər Fərəcov və digər adlı-sanlı həkimləri yüksək faiz hesabına «Atlas Medical Center»də otuzdurub. Buna görə də adıçəkilən təcrübəli həkimlər demək olar ki, dövlət xəstəxanalarında fəaliyyət göstərmirlər. Elə bu səbəbdən də xəstələr «Atlas Medical Center»ə müraciət etməyə məcbur qalırlar. Klinikanın rəhbəri Heydər müəllim isə bunun müqabilində həmin peşəkar həkimlərə öncədən ödəniş edir. Klinikada belə bir sistem var. Və məhz bu sistem vasitəsilə həkimlərə pul paylanır ki, onlar xəstələri ancaq «Atlas Medical Center»ə cəlb etsinlər. Bundan başqa, Heydər müəllim həmin peşəkar həkimlərə xaricə getmək üçün putyovkalar da təşkil edir». Bu arada, «Atlas Medical Center»də çalışan işçilərin 7-8 ayla maaş ala bilmədiklərini iddia edən Rahilə Həsənovanın sözlərinə görə, Heydər müəllim ilk aylar işçiləri yüksək maaşla həvəsləndirir, sonra isə müxtəlif bəhanələrlə məvacibləri yubadır: «O, vəziyyətin çətin, gərgin olduğunu deyib maaşları gecikdirir, vermir. Bu səbəbdən də camaat məcbur olub işdən çıxır. Bu formada hər 3-5 aydan bir «Atlas Medical Center»də həkim dəyişiklikləri baş verir. İşçilər isə qorxusundan heç yerə müraciət edə bilmir. Ona görə ki, «Atlas Medical Center»in rəhbəri Heydər müəllim hər kəsin, həttə gələn yoxlama mütəxəssislərinin qarşısında özünü ölkənin idarə olunmasında iştirak edən çox hörmətli, möhtərəm şəxslərin şəriki, qudası kimi təqdim edir. Dövlət telefonu onun əlinin altındadır. Hər dəqiqə əlini atır dövlət telefonuna ordan guya nazirlərə göstərişlər verir, özünün çox böyük adam olduğunu söyləyir. Bir sözlə, özünün xidmətlərindən danışır. Ona görə də istədiyi kimi hərəkət edir, öz bildiyini edir. Belə çıxır ki, ona hər şey icazə verilib. Buna görə də hamı ondan çəkinir, qorxur, ehtiyat edir. Hamıya hədə-qorxu gəlir. Gözümüzün qabağında rentgen otağında 6 ildir qadınlığını belə, orda qoymuş İradə xanımı hansısa borc söhbətinə görə irçəri saldırdı. Halbuki İradə xanım «Atlas Medical Center»in xarab aparatı ilə xəstələrə baxdığı üçün özü ana ola bilmədi. Çünki rentgen aparatı heç bir standartlara cavab vermir. Buna görə də İradə xanım şüalanmadan 3-4 dəfə hamiləliyindən oldu. Hatta borca görə onun maaşından belə tutulurdu. Lakin buna baxmayaraq, onu içəri saldırdı. Heydər müəllimin özü bu gün az qala bütün respublikaya borcludur. Belə ki, o, «Azərbaycan Beynəlxalq Bankı»na, «VTB» banka, «Azəriqazbank»a ümumilikdə 6-7 milyon borcludur. «Atlas Medical Center» illər boyu yüksək gəlirlə işləsə də camaat az qalır ki, klinikada özünü yandırsın. Heydər müəllim borclara görə min oyundan çıxır. O zaman gərək Heydər müəllim də borca görə həbs olunmalıdır. Canını, sağlamlığını, qadınlığını «Atlas Medical Center»in yolunda qoyan İradə xanım təxminən, 6-7 ay içərdə oturdu». «Atlas Medical Center»in rəhbəri Heydər müəllimin 10-15 nəfərin adına banklardan kredit aldığını deyən Rahilə Həsənova bildirir ki, həmin şəxslərin adına yüksək maaşlar yazılır, lakin bankların verdiyi pulları o özü alır: «Nəticədə insanlar pis vəziyyətdə qalır. Onlar banklardan asılı vəziyyətdə qaldıqları üçün nə işdən çıxa, nə də Heydər müəllim onların pullarını ödəyir. Banklar da işçiləri məhkəməyə verir. Hazırda «Atlas Medical Center»də təxminən, 10-15 nəfər bu vəziyyətdədir. Qeyd edim ki, «Atlas Medical Center»in direktoru və təsisçisi Heydər müəllimdir. Müavini isə oğlu Nihatdır. Bir sözlə, bu gün klinikanı ata-oğul idarə edir. Onu da vurğulamaq istərdim ki, «Atlas Medical Center» və digər obyektlər özəl müəssisə olsa da, onların yerləşdiyi binalar dövlətin balansındadır. Həmin binalar 99 illik icarədədir. Amma bildiyim qədər onlara görə heç bir icarə haqqı ödənilmir. «Atlas Medical Center» özəl olduğu kimi, insanları da özəllişdirib. Bildirim ki, «Atlas Medical Center»in Sumqayıt şəhərində bir filialı var. Həmin filial 4 ildir ki, fəaliyyət göstərir. Amma iki ildir ki, yaxşı bir insan etibar edib öz binasını ona verib. İki ildir ki, onların da məsələləri məhkəmələrdə, qanunvericilik orqanlarındadır. Həmin şəxs bu müddət ərzində bir qəpik də olsu icarə haqqı ala bilməyib. Hətta o klinikada biabırçılıqlar baş verir. Mən də orda iştirak etdiyimə görə bütün bunları gözümlə görmüşəm. Sumqayıt şəhərinin mərkəzində yerləşən həmin binada hətta iki tərəf arasında bıçaqlanma hadisələri də baş verib. Təxminən, 4-5 aydır ki, qanunvericilik orqanlarının müdaxiləsilə «Atlas Medical Center»in filialı həmin binadan çıxarılıb. Hazırda Sumqayıtda filialı yoxdur. Lakin iş hələ də məhkəmədədir. «Neftçilər»də isə bir filial fəaliyyət göstərir. Həmin filialın heç bir lisenziyası yoxdur. Neçə illərdir ki, ora laboratoriya kimi fəaliyyət göstərir. Həmin filial deyəsən, 7 nömrəli qadın məsləhətxanasının yaxınlığındadır. Ginekologi xəstələr məhz ora yönəldilir. Yəni qeyri-qanuni, lisenziyası olmadan həmin filial orada bir UZİ aparatı, bir də laboratoriya kimi fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin xəbəri olmasına baxmayaraq, bütün bunlara göz yumulur. Mən şəxsən nazirliyə müraciət etmişəm». «Atlas Medical Center»in lisenziyasının ötən ilin dekabr ayında dondurulduğunu vurğulayan Rahilə Həsənova iddia edir ki, həmin vaxt orda çox böyük biabırçılıqlar olmuşdu: «Ginekoloji tibbi müayinələrin yol vermədiyi abortlar və digər hadisələr baş verdiyindən Səhiyyə Nazirliyi tərəfindən ötən ilin dekabr ayında «Atlas Medical Center»in fəaliyyəti dondurulmuşdu. Lakin hansısa səbəblərdən üzündən bu ilin may ayından klinika fəaliyyətə başladı. Halbuki may ayına kimi dayandırılmağına baxmayaraq, klinika tam şəkildə işləyirdi. Yəni faktiki olaraq dayandırılmamışdı. Beləcə, çıxarılan rentgeni fenlə qurudan «Atlas Medical Center»ə Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilib. Klinikada MTR aparatı yoxdur, kate aparatı İran vətəndaşının olduğuna görə 10-15 gündən bir kod qoyulur. Hər dəfə pul ödədikcə açılır. Bu zaman ərzində başqa xəstəxanalardan yönəldilən xəstələri itirməmək üçün «Atlas Medical Center»in qarşısında taksilər dayanır və xəstələr heç nədən xəbərsiz həmin taksilərə oturdulur, 3-cü xəstəxanaya yönəldilirlər. Bu yolla da yenə «Atlas Medical Center» pul qazanmağa nail olur. Yəni xəstə 3-cü xəstəxanaya ötürülür. Bu klinikada olub-bitənləri gördükdən sonra şəxsən məndə elə bir təsəvvür yaranıb ki, yəqin respublikanın bütün özəl klinikalarında eyni vəziyyət hökm sürür. Ona görə də şəxsən mən tibblə bağlı məsələlərdə Türkiyəyə üz tuturam, əzizlərimə də belə məsləhət bilirəm. Çünki «Atlas Medical Center»də gördüklərimdən sonra inamımı itirmişəm. Bu klinikanın avadanlıqları, laboratoriyanın analizləri, heç bir aparatı standartlara cavab vermir. Hətta bəzən klinikada elə bir hal olur ki, qapının ağzında bir həkimin adı yazılır, içəridə isə xəstəni tamam başqa həkim qəbul edir. Yəni məşhur həkimlərin adından istifadə olunur. Bu cür hallara görə, artıq «Atlas Medical Center»ə inamım qaylamayıb. Maraqlıdır ki, bütün bu məqamlarla, yəni «Atlas Medical Center»də baş verən hadisələrlə bağlı şəxsən mən Səhiyyə Nazirliyinə yazsam da, «Bizə aidiyyatı yoxdur» cavabını almışam. Qeyd etdiyim kimi, klinika vergidən yayınır və bununla da dövlətə külli miqdarda ziyan dəyir. «Atlas Medical Center» yalnız rəhbərliyin cibinə işləyən bir klinikadır. Mən baş mühasib olmasam da, maliyyə direktoru kimi gündəlik gəliri gördüyümə görə deyə bilərəm ki, 2010-2012-ci illərdə «Atlas Medical Center»in gündəlik gəliri 20-25 min manat olduğu halda, hər gün üçün 500 manat göstərilib. Klinikanın günə 20-25 min gəlir əldə etdiyini nəzərə alsaq, bu bir aya hardasa 500-600 min manat deməkdir. Görün gəlir neçə dəfə azaldılıb. Mən klinikanın maliyyə direktoru olaraq bu məsələlərlə bağlı etirazımı bildirdikdən sonra öz ərizəmlə işdən çıxdım. Mən bu məsələlərə qarışmırdım. Çünki mən klinikanın baş mühasibi deyildim. Lakin buna baxmayaraq, öz növbəmdə, dəfələrlə Vergilər Nazirliyindən gələn yoldaşlar vəziyyətin nə yerdə olduğunu gördükdə mən «Atlas Medical Center»in direktoru Heydər müəllimə etirazımı bilirmişəm. Elə buna görə də öz xahişimlə işdən azad olunmuşam. Çünki o, məndən gündəlik mümkün olmayan bir vəsait tələb edirdi. Bu klinikadır, bura bazar, ticarət obyekti deyil. Məndən gündə qeyri-real məbləğ tələb etdiyinə görə işdən çıxdım. O, deyirdi ki, hardan olursa-olsun sən bunu verməlisən. Mən maliyyə direktoru olduğum halda, həmin məbləği hardan yığmalıyam? Yəni «Atlas Medical Center»in rəhbərinə maraqlı deyildi ki, pul hardan və necə gəlir. Heydər müəllim üçün əsas məsələ pulun daim gəlməsidir. Mən işlədiyim dövrdə onun tələb etdiyi məbləği verə bilmirdim. Bununla bağlı Vergilər Nazirliyində də olmuşam, cənab prezidentə müraciətlərimdə də hər şeyi bildirmişəm. Sonda isə mən dövlətdən gəliri gizlədə bilməyəcəyimi deyib işdən kənarlaşmışam. Çünki mən bunu öz vicdanıma sığışdıra bilməmişəm. Bir məqamı da qeyd edim ki, «Şərq bazarı» və digər firmalar da «Atlas Medical Center»in direktoru Heydər müəllimin təsisçiliyindədir. Klinikada yaşanan eyni vəziyyət həmin firmalarda da müşahidə olunur. Yəni həmin firmalarda maliyyə durumu «Atlas Medical Center»dəki kimidir. Lakin buna baxmayaraq, yoxlama gəldikdə Heydər müəllim dərhal dövlət telefonu vasitəsilə kimlərəsə zəng edib özünün dövlət qarşısındakı xidmətlərindən danışır, kobudcasına düzgün yoxlamanın aparılmadığını bildirir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam