Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məcburi köçkünün torpaq sahəsini zəbt edən iş adamının himayədarı kimdir?

Məcburi köçkünün torpaq sahəsini zəbt edən iş adamının himayədarı kimdir?

 

Aydın adlı şəxs Abdulla Səfərovun torpaq sahəsini geri qaytarmayacağını, dəymiş ziyana görə kompensasiya ödəməyəcəyini bildirib

Xeberinfo.com:   O, «Arxamda güclü dayaqlarım var. Buna görə də nə istəyirəmsə onu da edirəm. Heç kim mənə güc gələ bilməz. Lazımı yerlərdən razılıq almışam» deyir Bir müddət öncə qeyd etdiyimiz kimi, Laçın rayonu, Minkənd kənd sakini, hazırda Yeni Yasamal qəsəbəsində yaşayan məcburi köçkün Abdulla Gülüm oğlu Səfərov Gundelik-Baku.com-a şikayət ərizəsilə müraciət edərək adıçəkilən qəsəbədəki 300 kvadratmetrlik qanuni sənədli torpaq sahəsinin Aydın adlı şəxs tərəfindən qeyri-qanuni yolla zəbt edildiyini, nəticədə ona külli miqdarda ziyan dəydiyini vurğulayıb. Beləliklə, 1992-ci ildən Yeni Yasamal qəsəbəsində məskunlaşdığını, həmin vaxt adıçəkilən ərazidə 300 kvadratmetrlik yer aldığını, bir müddət sonra isə sözügedən ərazidə tikinti işləri apardığını bildirən laçınlı məcburi köçkün qeyd edib ki, 2006-cı ildə həmin ərazidəki bazar dağıdılarkən onun da kafesi uçurulub. O gündən indiyədək heç bir tikili aparmadığını deyən şikayətçinin sözlərinə görə, bütün zəruri sənədləri olan torpaq sahəsi bir müddət sonra Aydın adlı şəxs tərəfindən hasara alınıb: «Hasarlama işləri apararkən onlara yaxınlaşdıq və özümüzü təqdim etdikdən sonra yerin sahibi olduğumuzu bildirdik. Dedik ki, bu yerin bütün lazımı sənədləri var, hər şey qaydasındadır. Belə ki, 1994-cü ilin may ayının 6-da Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən inşaat pasportunun olduğunu da qeyd etdim. Bildirdim ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevin verdiyi sərəncam əsasında bizim burda tikilimiz olub. Bir sözlə, bu yerin bizim olduğunu dedim. Lakin uzun söz-söhbətdən sonra Aydın adlı şəxs bildirdi ki, yox, yerin mənimdir, Bakı Şəhər İcra Hakimiyyətindən qərar almışam və buna görə də buranı hasarlayacam. Nə isə məcburi köçkün olduğumuzdan bizi eşidən, səsimizə səs verən olmadığından Aydın adlı şəxs həmin 300 kvadratmetrlik yeri qeyri-qanuni yolla zəbt edib». Qanuni torpaq sahəsinin zəbt olunması ilə bağlı bütün müvafiq dövlət qurumlarına rəsmi qaydada şikayət etdiyini deyən Abdulla Səfərovun sözlərinə görə, hələ də heç kimdən cavab almayıb: «Hər yerə yazmışıq. Elə bir yer qalmayıb ki, ora şikayət ərizəsi ünvanlamayaq. Lakin indiyədək heç bir cavab almamışıq. Həmin Aydın adlı şəxsin kim olduğunu, hansı vəzifədə çalışdığını deyə bilmərəm. Lakin bir onu bilirəm ki, bu adamın arxasında nüfuzlu adamlar olmasa o, bizim qanuni torpaq sahəmizi zəbt edə bilməzdi. Hələ də yerimi onun əlindən ala bilmirəm». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, əsasən bina tikintisilə məşğul olan həmin Aydın adlı şəxs nüfuzlu məmurlardan birinin onu himayə etdiyini və elə bu səbəbdən də heç kimdən, heç nədən çəkinmədiyini bəyan edib. Belə ki, bu barədə Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxs iddia edir ki, Aydın adlı şəxs işçilərinə laçınlı məcburi köçkün Abdulla Səfərovun torpaq sahəsini zəbt etdiyini etiraf etməklə yanaşı, həmin ərazini heç bir halda sahibinə geri qaytarmayacağını, həmçinin dəymiş ziyana görə kompensasiya ödəmək fikrində olmadığını bildirib: «Deyilənlərə görə, Abdulla Səfərovun torpağını qeyri-qanuni yolla zəbt edən və bununla da məcburi köçkünə xeyli ziyan vuran, onun qanuni əmlakını mənimsəyən Aydın adlı şəxs nüfuzlu məmurlardan birinə arxalandığı üçün qanunlara belə əhəmiyyət vermir. Belə ki, «Arxamda güclü dayaqlarım var. Buna görə də nə istəyirəmsə onu da edirəm. Heç kim mənə güc gələ bilməz. Lazımı yerlərdən razılıq almışam» deyən Aydın bununla da ərazini heç bir halda sahibinə geri qaytarmayacağını, həmçinin dəymiş ziyana görə kompensasiya ödəmək fikrində olmadığını bəyan edib. Təbii ki, bu, qanunazidd addım olduğundan, ümid edirəm ki, müvafiq dövlət qurumları tez bir zamanda məsələyə müdaxilə edəcək və məcburi köçkünün əmlakını mənimsəyən Aydın adlı şəxs barəsində lazımı ölçü götürəcəklər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 
<!--[endif]-->


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam