Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Direktor hansı yollarla gəlirlərini artırır? - ŞOK İDDİA

Direktor hansı yollarla gəlirlərini artırır? - ŞOK İDDİA

 

36 saylı orta məktəbdə xoşagəlməz olaylar hökm sürür  

Xeberinfo.com:   Bakının Nərimanov rayonu ərazisində yerləşən Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə hazırda bir sıra xoşagəlməz olaylar cərəyan etməkdədir. Belə ki, 2 korpusdan ibarət adıçəkilən təhsil müəssisəsinin 1930-cu ildə inşa edildiyini, 2013-cü ildə isə əsaslı şəkildə təmir olunduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 36 saylı orta məktəbin direktoru Emilya Mizandar qızı Səfərəliyevanın nöqsanlı fəaliyyəti həm şagirdlərin, həm də pedoqoji heyətin ciddi narazılığına səbəb olur. Belliklə, Emilya Səfərəliyevanın 1980-ci ildə Sumqayıt şəhərində anadan olduğunu, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin «biologiya» fakültəsində təhsil aldığını, 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin maqistr pilləsi üzrə «biofizika» ixtisasına yiyələndiyini vurğulayan mənbənin sözlərinə görə, 36 saylı orta məktəbin direktoru 1999-cu ildə Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb: «Emilya Səfərəliyeva 2004-cü ildə Sumqayıt şəhərində yerləşən «Təfəkkür» liseyində müəllim vəzifəsində çalışıb, sonra isə direktor müavini vəzifəsinə təyin edilib. 2012-ci ildən 2016-cı ilədək «Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində» direktor işləyib. Bu ilin sentyabr ayından isə 36 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. Deyilənlərə görə, Emilya Səfərəliyevanın gəlişindən sonra adıçəkilən təhsil müəssisəsində təhsil alan şagirdlər və onların valideynləri müxtəlif yollarla əlavə xərcə salınırlar. Bildirilir ki, son zamanlar 36 saylı orta məktəbdə hökm sürən olaylar, yəni şagirdlərdən müxtəlif ad altında pul yığılması onların dərsə həvəsini nəzərəçarpacaq dərəcədə azaldıb. Deyilənlərə görə, Emilya Səfərəliyevanın rəhbərlik etdiyi təhsil müəssisəsində əlamətdar bayramlarda, məsələn müəllim günündə, hətta sinif rəhbərlərinin və direktorun ad günündə belə, şagirdlərdən pul yığılır. Hələ bu harasıdır, o da qeyd olunur ki, məktəbdə şagirdlərin böyük əksəriyyətinin mobil telefonları var və onlar dərsə cib telefonları ilə gəlirlər. Şagirdlərin təxminən, 75-80 faizi mobil telefondan istifadə edirlər. Halbuki, Təhsil Nazirliyi dəfələrlə bu kimi halların yolverilməz olduğunu bəyan edib və məktəb direktorlarını qeyd olunan məsələyə ciddi yanaşmağı göstəriş verib. Deyilənlərə görə, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, 36 saylı orta məktəbdə Təhsil Nazirliyinin orta məktəblər üçün pulsuz göndərdiyi sinif jurnallarına görə hər şagirddən 2 manat pul yığılır: «Bildiyiniz kimi, bu gün bir çox məktəblərdə «fondpulu» ləğv olunsa da, 36 saylı orta məktəbdə bu «ənənə» hələ də qalmaqdadır. Səbəbini soruşanda heç bir cavab almaq olumur. Deyirlər, verməlisiz, vəssalam. Şagirdlərdən də müxtəlif adla pul yığırlar. Etiraz edənləri isə sinifdə saxlayacaqları ilə hədələyirlər. Görünən odur ki, məktəb direktoru Emilya Səfərəliyeva məhz bu cür yollarla daha çox gəlir əldə etməyə çalışır».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam