Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ramiz Həsənovun rəhbərlik etdiyi qurum qərarı ilə özünün fəaliyyətini ciddi şübhə altına alıb

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi özü tərəfindən «NKM Company» MMC-yə verilmiş əmtəə nişanını ləğv edib

Xeberinfo.com:   Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən yerli şirkət olan «NKM Company» MMC-yə qarşı atılan qərəzli addımlar atılıb. Belə ki, Gundelik-Baku.com-a verilən məlumata görə, 2002-ci ildə təsis edilən, elə həmin vaxtdan etibarən dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə 450/750V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 300/500V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 0,6/1kv izolə olunmuş alçaq gərginlikli kabellərin istehsalı ilə məşğul olan «NKM Company» MMC-nin fəaliyyətinə məhz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən maneçilik törədilir. Məsələnin maraqlı tərəfi ondadır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 24.08.2016-cı il tarixli qərarı ilə adıçəkilən qurumun özü tərəfindən MMC-yə verilmiş əmtəə nişanı ləğv edilib. Nəzərinizə çatdıraq ki, bununla bağlı məlumat «NKM Company» MMC-yə təxminən, bir ay sonra, daha dəqiq desək, 15.09.2016-cı il tarixdə verilib. Bu isə şirkət rəhbərliyi tərəfindən qanunazidd addım kimi dəyərləndirilir. Çünki Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin baş direktoru Ramiz Həsənovun və qurumun patent şöbəsinin müdiri M.M.Seyidovun, həmçinin dövlət reyestri sektorunun müdiri E.O.Məmmədovanın imzası ilə 2008-ci ilin 7 oktyabr tarixində əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan «NKM Company» MMC-yə müvafiq əmtəə nişanı verilib. Həmin sənədə əsasən 10 il müddətinə, yəni 2018-ci ilin 7 oktyabr tarixin qədər olan dövr üçün «Ünal Kablo» əmtəə nişanı alınıb. Yəni əmtəə nişanı 09-cu sinif – kabel, 35-ci sinif – reklam, biznes sahəsində menecment (malların satışı üzrə xidmətlər), 39-cu sinif – malların qablaşdırılması və anbarda saxlanılması xidmətləri üçün qeydiyyata alınıb. Həmçinin N2008 1397 nömrəli sözügedən sənəddə qeyd olunur ki, əmtəə nişanında «Kablo» sözü müstəqil hüquqi mühafizə obyekti deyil. Ancaq buna baxmayaraq, Ortaköy Sanayi Bulvarı, 7. Sokak No:1, Ortaköy, Silivri İstanbul (Türkiyə) ünvanında qeydiyyatda olan «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti 13 aprel 2016-cı il tarixdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının sədrinə ünvanladığı iddia ərizəsində adıçəkilən qurum tərəfindən əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan, lakin 15 aprel 2013-cü il tarixdə adı «NKM Company» MMC-yə verilən N2008 1397 nömrəli sənədin, yəni Azərbaycanda «BİRLİK» MMC-nin adına qeydiyyata alınmış «Ünal Kablo» əmtəə nişanının qeydiyyatına vaxtından əvvəl xitam verilməsini xahiş edib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası isə 24.08.2016-cı il tarixli qərarı ilə «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin xahişini nəzərə alaraq özü tərəfindən verilən əmtəə nişanını ləğv edib. Buradan da belə qənaətə gəlmək olar ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sözügedən qərarı ilə özünün fəaliyyətini ciddi şübhə altına alıb. Yeri gəlmişkən, o da qeyd edək ki, bu məsələdə «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin ölkəmizdəki «təmsilçisi», Azərbaycan Respublikasının vətəndaşı Ağaəli Səfərəliyevin və onun rəhbərlik etdiyi «Akfa Elektrik» MMC-nin da adı keçir. Xülasə, «NKM Company» MMC-nin üzləşdiyi problemlər, ona qarşı çıxarılan ədalətsiz qərarla bağlı yaxın saatlarda Gundelik-Baku.com-da yayımlanacaq geniş yazıda tanış ola bilərsiniz.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam