Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«VOGA» mebeldə istehlakçı hüquqları pozulur

 

Cahangir Hacıyevə məxsus olan dükan köhnə 1 saylı Tikiş Fabrikinin ərazisinə necə yiyələnib?

Xeberinfo.com:  Paytaxtın Yasamal rayonu ərazisində yerləşən «VOGA» mebel dükanı ilə bağlı redaksiyamıza bir sıra xoşagəlməz məlumatlar daxil olmaqdadır. Belə ki, adıçəkilən dükanda satılan mebellərin – divan, kreslo, yataq dəsti, stol və stulların sertifikatlaşdırılmadan istehlakçılara təqdim olunduğunu iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, həmin mebellərin hazırlanmasında formaldehit adlı maddədən istifadə edilir. Bunun isə zəhərli, insan həyatı üçün təhlükəli olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, mebellərin əsasən boyalarında rast gəlinən bu maddə, onların daha ucuz başa gəlməsi üçün istifadə edilən yonqar lövhələrin də tərkibində var: «Deyilənlərə görə, «VOGA» mebel dükanında heç də iddia olunduğu kimi Türkiyə və mebel sənayesində inkişaf etmiş ölkələrin məhsulları satılmır. Əgər adıçəkilən dükanda satılan məhsullara diqqət yetirsəniz, o zaman onların Çin istehsalı olduğunu görə bilərsiniz. Həmin mebellərin əksəriyyətinin istifadə sertifikatı və təlimatı yoxdur. Əhaliyə təqdim olunan mebellərin keyfiyyəti də heç də ürəkaçan səviyyədə deyil. Belə ki, yüksək keyfiyyətlə hazırlandığı iddia edilən bu mebellər əslində insan həyatı üçün zərərli olmaqla yanaşı, beynəlxalq standartlara əməl edilmədən istehsal olunur. Belə ki, həmin mebellərin istehsalında təkcə zərərli ağac növlərindən deyil, həm də keyfiyyətsiz materiallardan istifadə olunur. Bunun da nəticəsində yataq, qonaq, mətbəx, uşaq və ofis dəstləri qısa müddət ərzində çıradan çıxır. Bəzi hallarda isə mebellərə qurd düşür. Yeri gəlmişkən, «VOGA» mebel dükanında satılan mebellərə nədənsə zəmanət də verilmir. Lakin buna baxmayaraq, ticarət mərkəzində təqdim olunan məhsullar real bazar qiymətindən baha satılır». Bu arada, «VOGA» mebel dükanının sahiblərinin Yasamal rayonu ərazisində yerləşən köhnə 1 saylı Tikiş Fabrikinin yerində fəaliyyət göstərdiyini deyən mənbə bildirir ki, burada bir sıra qaranlıq məqamlar mövcuddur: «Deyilənlərə görə, «VOGA» mebel dükanının sahibləri köhnə 1 saylı Tikiş Fabrikinin səhmdarlarını, payçılarını müxtəlif yollarla, əsasən də şirnikləndirmə və təzyiq vasitələri ilə həmin ərazinin təhvil verilməsinə nail olublar. Onu da nəzərinizə çatdırım ki, adıçəkilən mebel dükanının əsl sahibinin Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin olduğunu deyilir. Həmçinin o da bildirilir ki, «VOGA» mebel dükanı hazırda şəkili Hacı kimi tanınan şəxsin nəzarətindədir. Deyilənlərə görə, Cahangir Hacıyevin bir çox işləri məhz burda görülüb». Mövzu ilə bağlı Gundelik-Baku.com-un əldə etdiyi digər məlumatlarda isə qeyd olunur ki, «VOGA» mebel dükanında vəziyyət heç də ürəkaçan deyil: «Burada satılan mebellərin hamısına keyfiyyətsiz demək olmaz. Lakin mebellərin böyük əksəriyyəti aldadılma yolu ilə satılır. Yəni yerli sexlərdə hazırlanmasına baxmayaraq Türkiyə və digər ölkələrin mebelləri kimi təqdim olunur. Bundan başqa, «VOGA» mebel dükanında mebellərin çatdırılması və quraşdırılması ilə də ciddi problemlər yaşanır. Deyilənlərə görə, «VOGA» mebel dükanına verilən sifarişlər təqdim olunan dizaynda hazırlanmır. Belə ki, müştəri bir dizayn verir, dükan isə ona tamam başqa dizaynda mebel təqdim edir. Bu zaman müştərilərlə dükan arasında problemlər yaranır. Sifarişçi sifariş verdiyi dizaynın surətini tələb edəndə mağazanın menecerləri heç bir səbəb göstərmədən onu təqdim etməkdən imtina edirlər. Başqa bir problem isə çatdırılma ilə bağlıdır. Müştəri sifarişi verən zaman mağaza çatdırılma üçün konkret vaxt göstərir. Amma sonradan müxtəlif bəhanələrlə vaxtı uzadır, müştərilərin hüquqlarını pozur. Bir sözlə, əgər aidiyyəti qurumlar «VOGA» mebel dükanı ilə bağlı müvafiq araşdırma aparsalar, o zaman bir sıra neqativ halların, o cümlədən istehlakçı hüquqlarının pozulduğunun şahidi ola bilərlər». (Gundelik-Baku.com)

 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam