Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Maykl Flinnin daha bir sirri:530 min dollar müqabilində Fətullah Güləni terrorçu elan edib

tdy_alexander_trump_160711.nbcnews-ux-1080-600

Hökumətə yaxın türk iş adamı ötən ilin noyabr ayında ABŞ prezidenti Donald Trampın ilk milli təhlükəsizlik müşaviri Maykl Flinnə 530 min $ ödəyib.

Yenixeber.org:  "Associated Press"ə istinadən xəbərə görə, həmin pul müqabilində M.Flinn və onun firması Türkiyənin xeyrinə lobbiçilik etməli imiş. 

Bunu ABŞ Ədliyyə Nazirliyinin sənədləri sübut edir.

Rusiya səfiri ilə telefon danışığında ABŞ sanksiyalarının ləğvini müzakirə etdiyini gizlətdiyinə görə ötən ay istefa vermək məcburiyyətində qalmış təqaüdçü general martın 7-də könüllü şəkildə Ədliyyə Nazirliyinin xarici agentlər şöbəsində qeydiyyata düşüb.

Eks-müşavir etiraf edib ki, ötən ilin avqustundan noyabr ayınadək göstərdiyi lobbiçi fəaliyəti "Türkiyə Respublikasına fayda vermək" kimi yozula bilər.

AP-in məlumatında deyilir ki, xarici hökumətlər üçün lobbiçilik edən firmalar mütləq şəkildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bunu ABŞ qanunları tələb olunur, lakin bu tənzimləmə nadir hallarda tətbiq olunur.

M.Flinnin firmasına müraciət edən türk iş adamı Ekim Alptekin Türkiyə hökumətinin üzvü deyil.

"Türkiyə hökuməti üçün işləmirəm, hökumətdən də göstəriş almıram", – deyə E.Alptekin AP-yə bildirib.

M.Flinnin islamofobiya açıqlamaları tarixçəsi var. Buna baxmayaraq ki, o, ötən il uğursuz hərbi çevruliş cəhdindən sonra Rəcəb Tayyib Ərdoğanın islamçı meylli hökumətini müdafiə edib. Eks-müşavir "The Hill" qəzeti üçün icmal yazıb.

Bu yazıda o, Ərdoğanın "radikal islamçı" kimi ittihamladığı, ABŞ-da yaşayan vaiz Fəthullah Gülən barədə fikirlərini bölüşüb.

"Türkiyə hökumətinin nəzər-nöqtəsinə görə, Vaşinqton Türkiyənin Üsamə bin Ladeninə sığınacaq verib", – deyə M.Flinn yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam