Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Hokumətimiz xaos içindədir” -General ABŞ-da dövlət çevrilişi anonsu verdi

raymond

"Hökumətimiz qaçınılmaz xaosun içindədir. Ümid edirəm ki, qısa müddətdə bu problem öz həllini tapacaq; çünki biz müharibə şəraitində yaşayan bir cəmiyyətik."

Xeberinfo.com:   Bu fikirləri ABŞ-ın Xüsusi Qüvvələr komandiri general Raymond Tomas bildirib.

General xaosun nədən qaynaqlandığını açıq şəkildə bildirməsə də, açıqlamanın ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinin istasından sonra gəlməsi Ağ evlə kəşfiyyat təşkilatları arasında mübarizənin başlanması kimi xarakterizə oluna bilər.

Xatırladaq ki, Maykl Flin Rusiyanın Amerikadakı səfiri ilə telefonla danışmış və ona Trampın sanksiyaları yüngünləşdirəcəyi müjdəsini vermişdi. Yeni administrasiyanın hakimiyyəti təhvil almasından az əvvəl baş tutan bu telefon danışığı əvvəl Ağ ev tərəfindən inkar edilmiş, sonradan xüsusi kəşfiyyat orqanları danışığı dinlədikləri xəbərini yayınca, fakt etiraf olunmuşdu. Bu dəfə isə Ağ ev səfirlə sanksiyalar barədə hər hansı müzakirə aparılmadığını iddia etmişdi. Fəqət ABŞ-ın Ədalət Nazirliyi telefon danışığında sanksiyalar mövzusunun da ələ alındığını bildirmiş və Maykl Flinin gələcəkdə Rusiya tərəfindən şantaja məruz qala biləcəyi ehtimalını səsləndirmişdi. ABŞ-ın müxtəlif mətbu orqanları Trampın müşavirinin bir neçə il bundan əvvəl Rusiyaya səfər etdiyini və Kreml tərəfindən verilən hər hansı bir mükafatı qəbul edib-etmədiyinin bilinmədiyi iddialarını irəli sürmüşlər. ABŞ qanunları hərbçilərin başqa dövlət tərəfindən mükafatlandırılmasını və maliyyələşdirilməsini qadağan etdiyindən, Maykl Flin ətrafında yaranan şübhə dumanı onun istefaya göndərilməsilə nəticələnmişdi.

Flinin cəmi 3 həftə sürən bu müşavirliyindən sonra boşalan yerinə ehtiyatda olan general-leytenant Cozef Kit Kelloq gətirilsə də, Xüsusi Qüvvələr komandiri general Raymond Tomasın bugünkü açıqlaması sözügedən post uğrunda çəkişmələrin hələ səngimədiyini göstərir.

Roymand Tomas ABŞ-ı müharibə şəraitində yaşayan dövlət kimi təqdim etməsini isə İŞİD-lə apardığı mübarizə ilə əsaslandırıb. Onun fikrincə, hökumətdəki bu xaos ortadan qaldırılmadıqca, İŞİD-lə effektli mübarizəyə ümid etməyə dəyməz.

Bununla belə, ABŞ-da son zamanlar yaşanan bir sıra gərginliklər Xüsusi Qüvvələr komandirinin yalnız İŞİD üçün əndişələnmədiyindən xəbər verir. Obamadan sonra hakimiyyətə gələn Trampın əvvəlki iqtidarın bütün siyasətlərini inkar edən mövqe tutması ABŞ-da, həqiqətən də, ciddi gərginliklərə yol açıb. Yeni iqtidarın xüsusilə Rusiyayla bağlı mövqeyi ölkədə ciddi narahatlıq doğurur. Flinin rus səfiriylə isti münasibətlərinin ortaya çıxması bir çox nüfuzlu respublikaçıların da Trampa qarşı cəbhədə yer almasıyla nəticələnib. Yeni hakimiyyət “qan itirdiyini” hiss etdikcə, yeri gəldi-gəlmədi Rusiyaya qarşı söyləmlərlə özünü təmizə çıxarmağa çalışır ki, bu da həm Trampın öz seçki platformasını həyata keçirməsinə mane olur, həm də xarici siyasətdə əlavə gərginliklər yaradır.

Tramp hakimiyyəti təhvil almamışdan əvvəl bir çox mütəxəssislər ABŞ-da dövlət çevrilişi ehtimalından danışırdılar. Xüsusi Qüvvələr komandirinin hakimiyyətdə xaosun hökm sürdüyünü etiraf etməsi bu mənada da təsadüfi deyil. Mümkündür ki, ABŞ ictimai rəyi tədricən yeni sürprizlərə hazırlanılır. Yeni prezidentin ən strateji məsələlər üzrə müşavirinin, az qala, “Rusiyanın agenti” çıxarılması, ümumiyyətlə, Trampın özünün və komandasının da bənzər ittihamlarla suçlanması prosesləri tədricən hərbi çevriliş istiqamətinə aparır. R. Tomasın haqqında bəhs etdiyimiz açıqlamasında istifadə etdiyi “qaçınılmaz” epiteti də sanki xaosun nəticəsinin də zəruri olacağına eyhamdır. Bütün xaosların nəticəsi isə mütləq hərbi çevrilişlər olur.

Deyəsən, R. Tomas da məhz bu zərurətdən danışır. Əgər belədirsə, yaxın günlərdə məşhur bir aforizm də tarixə qovuşacaq. Söhbət “ABŞ-da hərbi çevrilişlər olmaz. Çünki bu, yeganə ölkədir ki, orda ABŞ səfirliyi yoxdur” sözlərindən gedir. Maraqlıdır ki, ABŞ-ın çoxəsrlik tarixində bir ilkə imza atacağı gözlənilən hərbi çevriliş də səfirliklə bağlı olacaq. Amma bu, ABŞ yox, Rusiya səfirliyidir. Obamanın ötən ilin son günlərində Rusiya səfirliyinin bütün işçilərini ölkədən qovması da, görünür, səbəbsiz deyilmiş.

Məsələyə bu aspektdən yanaşanda R. Tomasın açıqlaması yaxınlarda baş tutacağı gözlənilən hərbi çevrilişin anonsuna bənzəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam