Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Türkiyə kəşfiyyatı Ərdoğanı xəbərdar etmişdi

 

 

Türkiyə artıq Afrində böyük uğurlara nail olub və Ankara öz məqsədlərindən geri dönən deyil

Yenixeber.org: Bu sözləri  Türkiyə ilə ABŞ arasında Amerikanın PYD-YPG terror qruplaşmalarına silah verməyəcəyi ilə bağlı ehtimal olunan razılaşmanı şərh edən politoloq İlqar Vəlizadə deyib.

“Ötən il ABŞ prezidenti Türkiyəni əmin etmişdi ki, artıq PYD-yə silahlı dəstək olmayacaq və regionda Türkiyənin maraqları əleyhinə addım atmayacaq. Lakin ABŞ PYD-yə nəinki silah verməyə davam etdi, eyni zamanda, kürdlərin nəzarətindəki bölgədə 30 minlik ordu yaratmağa çalışdı. Hələ bu azmış kimi, PYD-nin nəzarət etdiyi ərazilərdə ABŞ hərbiçiləri və hərbi bazaları fəaliyyət göstərir. Yəni baş verənlər Trampın vədini təkzib etdi. İndi də həmin vəziyyət yaranıb, ona görə də ABŞ rəsmiləri Türkiyə ilə əlaqələrə giriblər. Burada söhbət vədlərdən yox, çox güman ki, Türkiyənin Afrin əməliyyatlarını dayandırmasından və digər istiqamətlərə doğru hərəkət etməməsindən gedir”, - ekspert bildirib.

Politoloq hesab edir ki, Türkiyə ABŞ-ın vədlərinə rahatlıqla qulaq asmayacaq və bölgədə atdığı addımları korrektə etməyəcək:

“Çünki artıq Türkiyə Afrində uğurlara nail olub və Ankara öz məqsədlərindən geri dönən deyil. Nə qədər real vəziyyət dəyişməyib, Türkiyə öz siyasətində heç bir dəyişiklik aparmayacaq. Bu ilin əvvəlində Ərdoğan Fransada açıq şəkildə ABŞ-ın PKK-ya neçə min TIR silah yardımı etdiyini açıqladı. Bu, real məlumatlara söykənən bir çıxış etdi. Türkiyə kəşfiyyatı bu barədə tam məlumatlı idi və öz rəhbərini xəbərdar etmişdi. Əgər reallıqda ABŞ-ın hərbi yardımları bölgəyə daxil olmasa, yəqin ki, onda Türkiyə öz siyasətinə dəyişiklik edəcək və Amerika ilə münasibətlər istiləşəcək. Əks təqdirdə Türkiyə Amerikanın vədlərinə məhəl qoymayacaq”.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalınla ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster arasında baş tutan telefon danışığı zamanı ABŞ-ın PYD-YPG terror qruplaşmalarına silah verməyəcəyi təsdiq edilib.

Tərəflər arasında Türkiyənin təhlükəsizliklə bağlı qayğılarının nəzərə alınmalı olduğu bir daha vurğulanıb. Həmçinin, yanlış anlaşılmaların qarşısının alınması üçün yaxın koordinasiya şəraitində fəaliyyət göstərilməsi barədə razılıq əldə edilib.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam