Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Keçmiş admiraldan Trampa mənfi cavab:Milli Təhlükəsizlik müşaviri təklifini qəbul etməyib

Təqaüdçü general Maykl Flinin istefasının ardından Milli Təhlükəsizlik müşaviri axtaran ABŞ prezidenti Donald Tramp təklif göndərdiyi keçmiş admiraldan mənfi cavab alıb.

Xeberinfo.com:   Təqaüdçü admiral Robert Harvard Trampın iş təklifini qəbul etməyib.

Adını verməyən bir Ağ Ev rəsmisi Harvardın ailə və bəzi maliyyə öhdəlikləri səbəbinə görə bu mühüm vəzifəni qəbul etmədiyini söyləyib.

Ancaq ABŞ mediası səbəbin fərqli olduğunu yazıb. Xəbərlərə görə, Harvardın bu mövqeyə öz qrupuyla gəlmək istədiyi, ancaq Trampın bunu qəbul etmədiyi iddia olunur. “Associated Press” xəbər agentliyinə danışan Harvard Trump rəhbərliyinin “öz tələblərinə həm professional, həm fərdi mənada çox uyğun olduğunu” söyləyib. Təklifi qəbul etmədiyinin səbəbini “bu tamamilə şəxsi bir durum”-deyib.

60 yaşlı keçmiş dəniz admiralına “öz qrupunu gətirmək istədiyi” iddiaları haqqında da sual verilib. Harvard suala “düşünürəm, bu sualı prezidentə vermək lazımdır” cavabını verib.

Harvard hazırda Amerikanın Müdafiə sənayesi şirkəti “Lockheed Martin”in Abu Dabidəki bölməsində direktor olaraq çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam