Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Ölkəmizdə sabiq deputatlar üçün yaşayış binası tikilir

 

2000-2005-ci illərdə II çağırış Milli Məclisin üzvü olmuş bir qrup keçmiş deputatın dövlətdən mənzil almaq problemi hələ də həll edilməyib

 

"Xeberinfo.com":  Məlumata görə, KAT LTD şirkətinin eks-deputatlar üçün inşa etdiyi bina 2005-ci ildə dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) veriləndən sonra isə problem bir qədər də dərinləşib.
Problemlə bağlı modern.az saytına danışan sabiq deputat, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, mənzillər əslində dövlət vəsaiti hesabına verilmir. Keçmiş deputatın sözlərinə görə, II çağırış Milli Məclisdə deputat olmuş şəxslər KAT LTD şirkəti ilə müqavilə bağlayıb, öz vəsaitləri hesabına mənzilləri əldə etməli idilər: “Lakin KAT LTD-nin tikdiyi bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verildi. Mən və ev verilməsi nəzərdə tutulan sabiq deputatlar öz şəxsi vəsaitləri hesabına həmin mənzilləri almaq üçün vəsait ödəmişik. Lakin evin verilməsi məsələsi yubadıldı”.
Rauf Qurbanov deyib ki, hazırda sabiq deputatlar üçün Xətai rayonu ərazisində, "AMAY" ticarət mərkəzinin yaxınlığında yeni yaşayış binası inşa olunur.
Bəs eks-deputatlar yeni binada mənzil almaq üçün əlavə vəsait ödəyəcəkmi?
Rauf Qurbanov sualı belə cavablandırıb: “Kvadratından asılı olaraq yəqin ki, biz şəxsi vəsaitimiz hesabına əlavə pul ödəyəcəyik. Amma məsələni araşdırmaq daha məqsədəuyğun olardı. Elə etmək lazımdır ki, bizim əvvəl ödədiyimiz vəsait də nəzərə alınsın”.
Qeyd edək ki, KAT LTD şirkətinin tikdiyi bina FHN-ə veriləndən sonra,Nazirlər Kabineti başqa binanın inşası üçün müvafiq qərar verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam