Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... / FOTOFAKT

Ağstafa Rayon İcra Hakimiyyəti tenderləri ilə “göz qamaşdıran” dövlət orqanlarından biridir. 2023-cü ildə "abadlıq işləri" adı ilə ümumilikdə 1 milyon 200 min manatdan çox müqavilə imzalayıb və köçürmələrə qol qoyub.

Yenixeber.org: Maraqlıdır ki, yüksək məbləğli bir çox tender müqavilələri “Topxana Layihə İnşaat” MMC ilə bağlanıb. Bu şirkət mediada “tenderlər kralı” deyə qeyd edilir.

Sözügedən İcra Hakimiyyəti və nəzdindəki idarənin yüksək məbləğli tenderlərini təqdim edirik:

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - “Auto Azərbaycan" MMC -

Ağstafa RİH-i üçün xidməti minik avtomobilinin alınması - Məbləğ: 57.800 AZN

Bu şirkətin nizamnamə kapitalı 15352742 dollar, qanuni təmsilçisi İSMAYILOV EMİL HÜSEYN OĞLUDUR.

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

"TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa şəhərində kommunal binaların əsaslı təmiri - Məbləğ: 182.900 AZN

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa rayonunda yolların əsaslı təmiri - Məbləğ: 435.034,32 AZN

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - "TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa rayonunda abadlıq işləri - Məbləğ: 189.980 AZN

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

"TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa şəhərində abadlıq işlərinin satınalınması - Məbləğ: 455.362 AZN

Yerli mediada gedən məlumatlara görə, "Topxana Layihə İnşaat" MMC-yə Əli Bayramov rəhbərlik edir.

Şirkət 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 110010 AZN olan şirkətin hazırkı qanuni tımsilçisi Fuad Ələkbərova Vaqif oğludur.

Ağstafa Rayon İcra Hakimiyyətinin bu işləri hansı dərəcədə gördüyü qaranlıq qalır. Nəzərinizə çatdıraq ki, sözügedən abadlıq işləri görülən küçələrdə bu hallar təsdiqini tapmır.(Hurriyyet)

AZƏR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam