Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatlara veriləcək binanın tikintisi dayandırılıb

 

KAT LTD şirkətinin AMAY Ticarət Mərkəzinin yaxınlığında inşa etdiyi yeni binada Milli Məclisin evə ehtiyacı olan bir qrup deputatına mənzil verəcəyi barədə məlumat yayılmışdı.
"Xeberinfo.com": Məlumata görə, həmin binanın tikintisi bir sıra səbəbdən dayandırılıb. Bu barədə Modern.az saytına açıqlamasında KAT LTD şirkətinin rəhbəri Elçin Əkbərov danışıb. O bildirib ki, tikinti işi ilə bağlı məsələ Ali Məhkəməyə verilib. Elçin Əkbərov hələlik işin məhkəməyə verilməsi səbəblərinin məlum olmadığını da vurğulayıb. 

“Hələ ki, bizə də açıqlama vermirlər. Gələn həftə bizə məsələ ilə bağlı məlumat veriləcək. Tikinti isə iş məhkəmədə olduğu üçün dayandırılıb”,-deyə Elçin Əkbərov qeyd edib. 

KAT LTD-nin rəhbəri E.Əkbərov Milli Məclisin II çağırışda deputatı olmuş, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun ittihamlarına da cavab verib. 

Rauf Qurbanov açıqlamasında KAT LTD-nin əvvəl tikdiyi binada (həmin bina 2005-ci ildə dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verilib-red) sabiq deputatlar üçün mənzilə görə şirkətə vəsait ödədiklərini və indi həmin məbləği geri ala bilmədiklərini vurğulamışdı. 

Elçin Əkbərov ittihamların əsassız olduğunu bildirib. “Heç kim bizə pul almaq üçün müraciət etməyib. Digər tərəfdən isə yeni bina inşa etdiyimizdən tikinti ilə bağlı yeni sənədlər ortaya çıxıb”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam