Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

13 deputata ev verilir:Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev…

oqtay-hadi54 nəfər sabiq və indiki millət vəkilinin uzun illərdən bəri davam edən mənzil-ev növbəsi “həsrəti”nə son qoyulub.

Xeberinfo.com:   Sabiq və indiki deputatlar mənzillərinə “qovuşmaq” üçün nə az-nə çox, düz 13 il gözləməli olublar.
Paytaxtın “Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) “KAT Ltd” tərəfindən tikintisinə 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.
“Bildiyiniz kimi, 2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi “Ağ şəhər” deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-nin binası tikilsin. O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan “KAT Ltd” müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu”-deyə, daha sonra məlumatlı mənbə bildirib. Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq. Çünki qalan 41 nəfər zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq.
13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar. Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox, kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.
Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var (gununsesi.info).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam