Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Mafiya üzvləri ilə cinsi əlaqədə olub məlumat ötürən polislər tutuldu

 

İsveçdə dəstə üzvləri ilə cinsi əlaqədə olan və onlara rəsmi məlumat sızdıran onlarla polisin ətrafında böyük qalmaqal yaranıb.

Yenixeber.org bildirir ki, ölkənin hüquq-mühafizə orqanlarında xidmət edən azı 30 qadın quldurlarla əlaqədə olmaqda və onlara məxfi məlumat ötürməkdə təqsirli bilinib. Araşdırma zamanı məlum olub ki, son illərdə cinayətkar təşkilatların fəaliyyəti ilə bağlı polisə 500-dən çox məlumat sızdırılıb. Polislər də rəqibləri haqqında məlumatları sevgililəri olan quldurlara ötürüblər. Nəticədə quldurlar arasında bir neçə böyük toqquşma baş verib, dörd nəfər ölüb.

Bundan əlavə, qadın polis məmurları qarşıdan gələn reydlər barədə məlumatı cinayətkar sevgililərinə ötürüblər ki, nəticədə quldurlar tutulmaqdan xilas olublar. İstintaqın məlumatına görə, dəstə üzvləri lazımi məlumatları əldə etmək üçün strateji cəhətdən seçilmiş qadın işçilərlə cinsi əlaqəyə giriblər.

Belə işlərdən biri də Elin adlı polis idi. Cinayətkar onunla hələ kursant olanda internetdə tanış olub. Daha sonra, dörd il ərzində o, axtarışlar zamanı əldə etdiyi məlumatları ona ötürüb. Başqa bir qadın eyni şəkildə polis məlumatlarını İsveçin ən məşhur cinayətkarlarından birinə sızdırıb. Digər bir müstəntiq barəsində iş apardığı quldura sevib və o, hüquq-mühafizə orqanlarının bütün addımlarından xəbərdar olub.

Araşdırma 2018-ci ildən bəri 514 məlumat sızması aşkar edib. Nəticədə ən azı 30 qadın işdən çıxarılıb və ya istefa verib. İsveç daxili işlər naziri Petra Lund işçilərin davranışını “tamamilə qəbuledilməz” adlandırıb. O, həmçinin bildirib ki, polis və məhkəmələr quldurların belə bir hərəkətini gözləməməkdə sadəlövhlük ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam