Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Taleh Bəşirov 70 illik ağacları oduncağa döndərib təndirxanalara satır -DE-FAKTO

     Taleh Bəşirov 70 illik ağacları oduncağa döndərib təndirxanalara satır
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sevimlisi, qlıncının dalı da, qabağı da kəsən dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu BəşirovNovxanı çimərliyi sahilindəki “Metallurq” qaçqın düşərgəsində at oynadır.
Yenixeber.org: Qış aylarında düşərgənin bir hissəsini qeyri-qanuni şəkildə məşhur iş adamlarından birinin adına rəsmiləşdirən Taleh Bəşirov, hazırda bu ərazidə şəriki ilə birlikdə nəhəng kompleks inşa etməkdədir. Kompleksə böyük supermarket, bir neçə villa və digər obyektlər daxildir.
Şöbə müdiri zəbt etdiyi ərazidə inşaat işləri aparmaq üçün ağacları gecəykən kəsdirir, doğradaraq oduncaq halına salır və elə gecəykən də ərazidən çıxardır. Yaşı 50-80 il olan ağacları amansızcasına məhv edərək təndirxanalara satan Taleh Bəşirov, onun qanunsuz əməllərini qınayan məcburi köçkünləri ələ salmaqdan da çəkinmir, öz qanunsuz əməlləri ilə fəxr edir. “Demişdim axı, mən deyən olacaq” söyləməklə düşərgənin qanunsuz olaraq zəbt edilməsinə etirazın edən köçkünləri ələ salər.
Taleh Bəşirov digər ərazilər də zəbt edəcəyini gizlətmir. Şöbə müdiri bildirir ki, tezliklə düşərcənin digər hissəsi də “qanuni şəkildə” satılacaq və burada məskunlaşan köçkünlər digər ərazilərə köçürüləcək.
Məcburi köçkünlər bütün əlaqədar qurumlara müraciət etsələr də, heç bir
dövlət qurumunun onların müraciətinə məhəl qoymadığını bildirir. Köçkünlər iddia edir ki, qəti müdaxilə olmasa düşərgədəki yaşıllıqların hamısı məhv ediləcək, onların yeri işbazlara satılacaq.(siam.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam